28 Aprel 2024, Bazar günü
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü
"Səbail" səfərdə məğlub oldu
32-ci turun hakim təyinatları

Futzal

Kaka: “Azərbaycanla əsas rəqib hesab olunuruq”

“Azərbaycanla əsas rəqib hesab olunuruq”.

Futbolxeber.az saytının məlumatına görə, bunu Qazaxıstan futzal millisinin baş məşqçisi Rikardo Kaka Azərbaycan yığmasına qarşı keçirəcəkləri DÇ-2024-ün elit mərhələ matçı barədə danışarkən deyib.

Braziliyalı mütəxəssis bu gün keçiriləcək görüşə tam hazır olduqlarını bildirib: “Hər növbəti matç bizim üçün ən vacibidir. Ona görə də indi yalnız Azərbaycana qarşı necə oynayacağımızı düşünürük. Futzalçılarımız həmişə olduğu kimi, matça motivasiyalı və məsuliyyətli yanaşırlar. Bir neçə gündür bütün heyət bir aradadır. Oyunçular yaxşı formadadırlar”.

Kaka rəqib barədə də müsbət fikirlər səsləndirib: “Düşünürəm ki, Azərbaycan önündə daha yaxşı oyun göstərməliyik. Rəqib güclü kollektivdir, çoxlu milliləşdirilmiş oyunçuları var. Bacarıqlı komandadır və evdə oynayacaqlar. Çox maraqlı oyun olacaq”.

Qeyd edək ki, Bakı İdman Sarayında keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30