28 Aprel 2024, Bazar günü
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü
"Səbail" səfərdə məğlub oldu
32-ci turun hakim təyinatları

Futzal

Vitali Borisov: “Bizim üçün finala bərabər görüş olacaq”

Sabah - sentyabrın 20-də DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində Niderlandla qarşılaşacaq millimiz bu gün oyunöncəsi son məşqinə çıxacaq.

Futbolxeber.az saytının məlumatına görə, komandadakı son durumla bağlı baş məşqçi Vitali Borisov azfutzal.az-a açıqlama verib:

"Komanda Rumıniyadan döndükdən sonra məşqlərini hər gün Bakı İdman Sarayında davam etdirir. Heyətdə cəzalı və ya zədəli futzalci yoxdu. Bu bizim üçün müsbət məqamdır. Psixoloji baxımdan da oyunçularla söhbət etmişik, artıq ilk oyunu unutmalı, Niderlandla matça köklənməliyik.

Rumıniya ilə matçla müqayisədə heyətə ciddi dəyişiklik etməyəcəyik. Sadəcə İsa Atayevun əvəzinə Manekanı komandaya dəvət etmişik. Bu dəyisiklik sırf məşqçilər korpusunun qərarıdır.

Rəqibə gəldikdə, Qazaxıstanla oyunlarını izləmişik. Onlar da bu görüşə ciddi hazırlaşırlar. Təsadüfi deyil ki, sentyabrın 17-dən Bakıdadırlar. Baş məşqçiləri də tanış simadır. Migel vaxtilə millimizin məşqçisi olub, onunla həm də Rusiya klubunda oynayan zaman işbirliyimiz olub. Çətin və bizim üçün əsas oyun olacaq. Bu matçda xal itirmək olmaz. Bir növ, qrupda bizim üçün finala bərabər görüş olacaq. Azarkeşlərin dəstəyi ilə 3 xal qazanacağımıza inanıram".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30