4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Futzal

Rövşən Hüseynli: “Final fitinə qədər mübarizə aparmalıyıq”

Bu gün KİV üçün açıq məşqdən əvvəl Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli jurnalistlərin suallarını cavablandırıb.

Futbolxeber.az saytının məlumatına görə, təcrübəli qolkiper hələ rəqibin oyununu analiz etmədiklərini bildirib:

“İki gündür tam heyətlə məşq edirik. Buna qədər mən də daxil legionerlər öz klublarında idilər. Əsasən taktiki planda çalışmaları yerinə yetiririk. Yəni meydanda necə oynamalıyıq, onu məşq edirik. Rəqibi hələ analiz etməmişik. Gecə yola düşürük. Orda da hazırlaşmaq üçün vaxtımız olacaq”.

O, rəqibin zəif olmadığını vurğulayıb: “İndi zəif komanda yoxdur. Futzal durmadan inkişaf edir. Hansısa komandanın favorit olduğunu düşünənlər var. Amma bu gün qrupda yer alan millilərin hər birinin şansı var. Rumıniya millisi fərqli oyun üslubunda çıxış edir. Niderland son Avropa çempionatına ev sahibliyi edib, müəyyən təcrübəyə sahibdir. Qazaxıstan millisi illərdir yuxarı yerlər uğrunda yarışır. Baş məşqçinin tapşırıqlarını yerinə yetirə bilsək, yaxşı nəticələr qazana bilərik”.

O, məqsədlərinin səfərdə qələbə qazanmaq olduğunu qeyd edib: “Rumıniya ilə oyunla bağlı baş məşqçi həlkə konkret tapşırıq verməyib. Bunu yəqin oyundan 1 gün əvvəl edəcək. Əlbəttə, hər birimiz qələbə qazanmaq istəyindəyik. Final mərhələsində iştirak etmək istəyiriksə, geriyə yol, hansısa riyazı hesablamalar aparmağa ehtiyac yoxdur. Hər bir oyunda maksimum nəticə qazanmalı, birinci yeri tutub final mərhələsinə yüksəlmək haqda düşünməliyik. Final fitinə qədər mübarizə aparmalıyıq”.

 

  

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31