18 May 2024, Şənbə
XXXV turun hakim təyinatları
“Şamaxı” zirvəyə yüksəldi
Mirzov "Neftçi"dən ayrılır?
Mövsümün ən yaxşıları müəyyənləşdi

Digər idman növləri

Fərid Qayıbov: “Avarçəkmənin daha yüksək səviyyədə inkişafı üçün əlimizdən gələni edəcəyik”

"Bu cür yarışların keçirilməsi Azərbaycan idmanı adına müsbət məqamdır".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku-2024” beynəlxalq reqatası barədə danışarkən deyib.

Nazir turnirdə iştirakçı ölkələrin sayının artmasının böyük uğur olduğunu bildirib: "Belə olanda mübarizə də qızışır. Çox gözəl təşkilatçılıq var. Gələn il iştirakçıların sayının daha çox olacağına ümid edirəm. Mingəçevirlə yanaşı, digər bölgələrdə də bölmələr yaradılacaq. Əlimizdən gələni edəcəyik ki, avarçəkmə Azərbaycanda daha yüksək səviyyədə inkişaf etsin. Yeri gəlmişkən, Diana Dımçenkonun sayəsində bu idman növündə "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziyamız var. İnanıram ki, növbəti Olimpiadada lisenziyalarımızın sayı artacaq”.

F.Qayıbov Paris Olimpiadasında iştirak hüququ əldə edən Azərbaycan idmançılarının şanslarını da dəyərləndirib: "Lisenziya sayı daha çox ola bilərdi. İdmançılarımız yenə də mübarizə aparırlar. Bir neçə idman növündə müəyyən proseslər gedir və qısa zamanda tamamlanacaq. Bir az çətindir. Çünki bu, yeni nəslin gəlməsi ilə bağlıdır. Yerli idmançılarımızın sayı çoxalır. İnanıram ki, 2028-ci ildə keçiriləcək Olimpiya Oyunlarında daha çox idmançı ilə təmsil olunacağıq".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31