12 Oktyabr 2025, Bazar günü
U-17 millimiz darmadağın oldu
AFFA Santuşa təzminat ödəyib
Millimiz Fransaya uduzdu
U-21-dən biabırçı məğlubiyyət

Ölkə futbolu

"İmişli"nin futbolçusu 5 oyunluq cəzalandırıldı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, iclasda 1-ci liqanın 26-cı turunun oyunlarındakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.

“Araz Saatlı” - “İmişli” oyununun 87-ci dəqiqəsində qonaqların futbolçusu Gilyerme Silva təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra rəqib futbolçunu vurmağa cəhd etdiyinə görə 4 oyun, həmçinin 17.04.2024-cü il tarixində təyin edilmiş 3 aylıq sınaq müddəti başa çatmamış növbəti dəfə qırmızı vərəqə aldığına görə həmin tarixdə verilmiş 1 oyunluq şərti cəza üzərinə əlavə edilməklə ümumilikdə 5 oyun cəzalanıb, “İmişli” klubu 300 manat cərimə edilib.

Həmçinin bildirilib ki, “Qaradağ Lökbatan” - “Şamaxı” oyununda qonaq komandanın azarkeşləri tərəfindən Lökbatan OİK stadionunda 3 ədəd oturacağın sındırılması, “Şamaxı” futbolçuları tərəfindən soyunub-geyinmə otağında 1 ədəd qapının yararsız hala salınması ilə bağlı Lökbatan OİK stadionuna dəymiş zərər “Şamaxı” klubu tərəfindən ödənilsin.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31