13 Oktyabr 2025, Bazar ertəsi
U-17 millimiz darmadağın oldu
AFFA Santuşa təzminat ödəyib
Millimiz Fransaya uduzdu
U-21-dən biabırçı məğlubiyyət

Ölkə futbolu

Şəhid və qazi övladları “Neftçi”nin qonağı olublar

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) və “Neftçi” Peşəkar Futbol Klubunun birgə təşkilatçılığı ilə SOCAR-ın şəhid və qazi əməkdaşlarının övladları ilə görüş keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, “Palms Sports” Futbol Mərkəzində təşkil olunan görüşdə əvvəlcə Anatoli Banişevski adına iclas otağında uşaqlara “Neftçi” haqda məlumat verilib və klubun tarixi ilə bağlı video-süjet təqdim olunub.

Daha sonra əsas komandanın baş məşqçisi Samir Abasov və futbolçularla görüşən qonaqlar onlarla xatirə şəkilləri çəkdiriblər. Uşaqlar istirahət otağında futbolçularla birlikdə müxtəlif əyləncəli oyunlar oynayıblar. Əsas və əvəzedici komandalar arasında keçirilən yoxlama oyununu izləyən qonaqlara “Neftçi” PFK tərəfindən xüsusi hədiyyələr də təqdim edilib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31