Ölkə futbolu
Futbolumuzun fərsiz övladı
Azərbaycan futbolunda hər qəribəlik gördükcə, öz-özünə deyirsən ki, bu cameədə məni daha heç nə təəccübləndirə bilməz. Amma çox keçməmiş elə bir hal yaşanır ki, yenə də insanın əli üzündə qalır. Necə ki, dünən “İmişli” cari mövsümdə növbəti hoqqası ilə gündəmə gəldi. Məlum oldu ki, AFFA İntizam Komitəsi “İmişli”ni cərimələyib. Bir klubun cərimələnməsində qeyri-adilik yoxdur. Qeyri-adilik cərimənin səbəbindədir: “AFFA U-13 Liqasında keçirilən “İmişli” PFK - “Hacıqabul” (Şərq) oyununda meydan sahibi meydana başqa komandaların formaları ilə gəlib”. Həmin formaların isə heç nömrəsi də olmayıb. Özü də fikir verdiniz, qərarda “başqa komandanın” yox, “başqa komandaların” forması deyilir.
İlahi, bu, qeyri-peşəkarlığın hansı səviyyəsidir? Bir komanda oyuna gedərkən necə formasını yaddan çıxarda bilər? Kimsə durub bu biabırçılığı malalamaq üçün günahı inzibatçının, yaxud hansısa bir klub əməkdaşının üzərinə atacaq. Lakin məsələ ondadır ki, “İmişli” Premyer Liqaya gəldiyi gündən ancaq bu cür biabırçı hallarla gündəmi zəbt edir. Gah oyun formasında məşq etməsi ilə özünü gülüş hədəfinə çevirir, gah da adı heyətdə olmayan futbolçunu meydana buraxmaqla. Hazırda Azərbaycan futbolunun fərsiz övladı adlı nominasiya təsis edilsəydi, bu, tam “İmişli”nin əyninə oturardı. Hərdən düşünürsən, ümumiyyətlə, bu klub kimə, nəyə lazımdır? Belə görünür ki, 3-5 klub rəsmisindən, 2-3 menecerdən başqa heç kimə. Premyer Liqada olduğu müddətdə “İmişli”nin Azərbaycan futboluna hər hansı bir xeyri dəyməyib. Əksini iddia edən varsa, buyursun.
Bu fotoya diqqətlə baxın. Neçə azərbaycanlı görürsünüz? Vallah, dövlətin pullarına heyifdir. “İmişli” klubuna ayrılan 2.5 milyon manat sadəcə israfdır. Bu klubun Azərbaycan futboluna bir qara qəpik də xeyri yoxdur. “İmişli” fəaliyyətdə olduğu müddətdə hansı azərbaycanlı yeniyetməni, gənci ortaya çıxardıb? Cavab eynən “İmişli”nin fəaliyyətinə uyğundur – sıfır!
Bir neçə gün əvvəl “İmişli” mövsüm ərzində 12-ci legioner transferini reallaşdırdı. Kolumbiyalı yarımmüdafiəçi Faxardo Hernandezlə 2,5+1 illik müqavilə imzalanıb. Əvvəla, birinci sual odur ki, heç bir iddiası olmayan, məqsədi ən yaxşı halda Premyer Liqada qalmaq olan klub nə üçün, hansı məntiqlə 12 legioner transfer etməlidir? Olmazdı ki, o 12 əcnəbiyə xərclənən pulların bir qismi infrastruktura sərf olunardı? İkincisi də, görəsən, klub tərəfdən Faxardo Hernandezlə müqaviləyə imza atan şəxs özü “İmişli”nin qarşıdakı 3.5 ildə mövcud olacağına əmindir? Məncə, sabah dövlətin klublara ayırdığı illik 2.5 milyon manat kəsilsə, “İmişli” də fəaliyyətini donduracaq. Təəssüf ki, əldən təəssüflənməkdən başqa bir şey gəlmir. Heyif de souzalara, banqueralara xərclənən dövlətin mlyonlarına.
Əslində, günahın bir hissəsi də AFFA rəhbərliyindədir. Vaxtında azarkeşlərin gözünə girmək üçün “İmişli” kimi klubu Premyer Liqaya buraxmasaydılar, indi biz də dövlətin milyonlarının havaya sovrulmasına təəssüflənməzdik. Yeri gəlmişkən köçkün həyatı yaşayan “İmişli” klubuna AFFA tərəfindən verilmiş bir illik möhlət tezliklə başa çatacaq. Məlum məsələdir ki, bu günə qədər İmişli stadionunda daşın üstünə bir daş da qoyulmayıb. Bu halda məntiqlə AFFA növbəti mövsüm “İmişli”nin Premyer Liqada iştirakına icazə verməməlidir. Görəsən, assosiasiyanın buna cəsarəti çatacaq?
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Bakı klubu bu gün baş məşqçisi ilə vidalaşa bilər - ÖZƏL
- “Cəbrayıl”ın yeni transferi Şamaxıda debüt etdi
- Nigar Mirzəliyeva Bundesliqada debüt etdi
- Kadi qayıdışını “Futbolxeber”ə şərh etdi: “Liverpul”a yalnız biz 0:6 hesabı ilə uduzmamışıq”
- “Turan Tovuz”un debütantı: “Qarabağ”dan xal ala bilərdik...”
- “Qarabağ” 2026-cı ildə ilk transferini reallaşdırdı
- Aərbaycan kubokunun püşkü atılıb
- Mustafa Sek: “Bir qələbə ilə kifayətlənmək olmaz, ardını gətirməliyik”
- "Qarabağ" yeni transfer edir
- Addai: “Sabah”la oyunlarda nəyə qadir olduğumuzu göstərəcəyik”
- “Neftçi” heyətinə “Şalke”dən futbolçu cəlb etdi
- Azərbaycan futbolunda yenilik
- “Sumqayıt” - “Zirə” oyunun biletləri satışda
- Təxirə salmalımı, salmamalımı?!.
- Millimizin sabiq üzvü Finlandiya yığmasından təklif alıb
-
11:00
Rüfət Abdullazadə: “Turnir cədvəlinə indi yox, mayda baxacağıq”
-
10:46
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:31
“Şamaxı” “Neftçi”yə, “Qəbələ” “Karvan-Yevlax”a qarşı
-
10:14
"Başakşehir" "Konyaspor"a şans tanımadı VİDEO
-
09:52
Cəlal Hüseynov oynadı, komandası qalib gəldi
-
09:35
"trabzonspor"un qələbəsi VİDEO
-
23:14
Avarçəkmə və kanoe üzrə Azərbaycan birinciliyi keçirilib
-
22:52
Rəşad Nəbiyevdən cüdoçulara təbrik
-
22:29
"Zirə"nin qələbəsi VİDEO
-
21:48
Millimizin rəqibləri müəyyənləşdi
-
21:03
"Bütün baş verənlər bizim səhvlərimizin nəticəsi idi"
-
20:36
Rəşad Sadıqov: "Vacib qələbə qazandıq"
-
20:17
"Qarabağ"dan Kamilo Duranla bağlı açıqlama
-
19:55
"Zirə" və "Kəpəz"dən qələbə
-
19:41
Boksçumuz erməniyə qalib gəldi
-
19:34
"Kəpəz" - "Sumqayıt" oyununda 3 qol VİDEO
-
19:00
Azər Bağırov: “Bu qələbəni onlara həsr edirik”
-
18:22
Premyer Liqa klubunda yeni müqavilə
-
18:15
Saşa İliç: "Belə bəsit qollar buraxdığımıza inana bilmirəm"
-
18:09
Azərbaycan millisinin 4 üzvü Türkiyə Superliqasında çıxış edəcək
-
17:46
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər müəyyənləşdi
-
17:33
Konfrans Liqasında 1/8 finalın püşkü atıldı
-
16:51
Əhməd Yusifov ilk dəfə "Böyük Dəbilqə" turnirinin qalibi oldu
-
16:18
Avropa Liqasında 1/8 final cütlükləri müəyyənləşdi
-
15:47
"Neftçi" "Şamaxı" ilə oyuna hazırdır FOTOLENT
-
15:20
ÇL: 1/8 final mərhələsinin püşkü atıldı
-
14:35
"Neftçi" ukraynalı məşqçisi ilə vidalaşdı
-
14:12
"Kəpəz" - "Sumqayıt": Heyətlər açıqlandı
-
13:53
“Berdiyev illərdir fərqli komandalarla nəticə qazanmağı bacarır”
-
13:29
Azərbaycan klublarının avrokuboklarda qol rekordu təkrarlanıb
-
13:01
Azərbaycan klubuna lazım olmayan müdafiəçi "Valensiya"ya transfer olundu
-
12:48
Azərbaycan klublarının ÇL-də yeni bombardiri
-
12:30
“Araz-Naxçıvan”la heç bir problemim yoxdur, ödənişlər vaxtında edilir”
-
12:15
Boksçumuz 1/4 finala yüksəldi
-
11:52
"Samsunspor" darmadağınla mərhələ adladı VİDEO
-
11:29
Futbolumuzun fərsiz övladı
-
11:07
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:46
Azərbaycan UEFA reytinqində 3 ölkəni qabaqladı
-
10:13
"Fənərbaxça" səfərdə qələbə qazansa da, mərhələ adlamadı VİDEO
-
09:54
Cəbrayıl Hacıyev bürünc medal qazandı
-
09:31
"Traktor" liderliyə yüksəldi
-
18:59
Cəfərovun 50-ci, Seyidovun 30-cu qolu
-
17:32
Cüdoçularımızın rəqibləri müəyyənləşdi
-
17:00
Bunu da gördük: “İmişli” meydana başqa komandanın forması ilə çıxdı
-
16:41
Bakıda məşqçi kursları keçiriləcək
-
15:27
Bu komanda Region Liqasından kənarlaşdırıldı
-
15:15
AFFA "Kəpəz"in futbolçusunu cəzalandırdı
-
14:04
“Sumqayıt” Roy Kehatı itirdi
-
13:53
Ərdoğan Okan Buruka zəng etdi VİDEO
-
12:39
“Karvan-Yevlax” üçün “Qəbələ” nümunəsi
28.02.2026
27.02.2026
26.02.2026























