1 Mart 2026, Bazar günü
Şamaxıda və Qəbələdə bərabərlik
Millimizin rəqibləri müəyyənləşdi
"Zirə" və "Kəpəz"dən qələbə
Boksçumuz erməniyə qalib gəldi

Ölkə futbolu

"Qarabağ"dan Kamilo Duranla bağlı açıqlama

"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"la oyunda zədələnən futbolçusu Kamilo Duranla bağlı açıqlama yayıb.

Futbolxeber.az saytının Ağdam klubunun yaydığı məlumatına istinadən verdiyi məlumata görə, kolumbiyalı hücumçunun durumu yaxşıdır:

"Klubun tibbi heyəti tərəfindən aparılan müayinələrdən sonra Kamilo Duranın vəziyyətinin yaxşı olduğu açıqlanıb. Futbolçu komanda ilə məşqlərə başlayacaq".

Xatırladaq ki, Kamilo Duran "Nyukasl"la İngiltərədə keçirilən cavab matçının ikinci hissəsində zədələnərək oyunu davam etdirə bilməmişdi.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31