28 Fevral 2026, Şənbə
Millimizin rəqibləri müəyyənləşdi
"Zirə" və "Kəpəz"dən qələbə
Boksçumuz erməniyə qalib gəldi
ÇL: 1/8 final mərhələsinin püşkü atıldı

Ölkə futbolu

Rüfət Abdullazadə: “Turnir cədvəlinə indi yox, mayda baxacağıq”

“Zirə”nin yarımmüdafiəçisi Rüfət Abdullazadənin Futbolxeber.az saytına müsahibəsi

 

- Azərbaycan Premyer Liqasının XXII turunda “Araz-Naxçıvan”a 1:0 hesabı ilə qalib gəldiniz. Oyunla bağlı nə deyə bilərsiniz?

- Çətin oyun oldu. Belə olacağını da bilirdik. Rəqib son zamanlar yaxşı təsir bağışlayır. Biz də əlimizdən gələni etdik, vuruşduq. Şükürlər olsun ki, qələbə qazandıq.

- Demək olar ki, “Zirə”nin bir qədər də bəxti gətirdi? Çünki ilk hissədə “Araz-Naxçıvan” 2-3 real qol epizodundan yararlana bilmədi...  

- Oyunun içində belə şeylər olur. Bəzən hansısa qarşılaşmada bir hissədə sən yaxşı oynayırsan, digərində rəqib, yaxud da əksinə. Həm də unutmayaq ki, “Araz-Naxçıvan” elə-belə komanda deyil, yaxşı oyunçuları var. İlk hissədə təzyiqin öhdəsindən gəldik. Fasilədən sonra da lazımi qolu vurub qələbə qazandıq.

- Bu qələbə sayəsində “Zirə”nin avrokubok mübarizəsində “Araz-Naxçıvan” və “Sumqayıt”dan uzaqlaşdığını söyləmək mümkündür?

- Bizim fikrimiz hər oyuna qələbə üçün çıxmaqdır. Turnir cədvəlinə indi yox, mayda baxacağıq. Hər görüşdə qələbə qazanmaq istəyirik. Turnir cədvəlinə fikir vermirik.

- 3 gündən sonra ölkə kubokunda 1/4 finalın cavab oyununa çıxacaqsınız. Qısa müddətdə bərpa oluna biləcəksiniz?

- Təbii ki, çalıçacağıq ki, tez bir zamanda bərpa olunaq. Məşqçilər korpusu da bunun üçün əlindən gələni edəcək.

- “Sumqayıt”la matçdan gözləntiləriniz nədir?

- Məqsədimiz qələbə qazanmaq və mərhələ adlamaqdır. Çempionatdakı kimi, kubokda da iddiamızı davam etdirmək istəyirik.

- “Sumqayıt” bu tur uduzmaqla çempionatdan avrokuboklara yollanmaq şansını çətinə saldı. İndi bütün ümid kubokadır. Sizcə, bu amil “Sumqayıt”la görüşdə “Zirə”nin lehinə olacaq, yoxsa əleyhinə?

- “Sumqayıt”ın əsas ümidinin kuboka olduğunu deməzdim. Məncə, “Sumqayıt” “Kəpəz”ə qalib gəlsəydi belə, kubok görüşünə bunun təsiri olmayacaqdı. Məlum məsələdir ki, “Sumqayıt” kuboka da ciddi yanaşır. Bizim kimi, onlar da qələbə qazanmaq istəyir. Bunun üçün əllərindən gələni edəcəklər. Yarımfinalda oynamağı kim istəməz ki?

İBRAHİM








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28