Ölkə futbolu
Azərbaycan UEFA reytinqində 3 ölkəni qabaqladı
Azərbaycan hazırkı avrokubok mövsümünü UEFA əmsallar cədvəlində 27-ci pillədə başa vuracaq.
Futbolxeber.az saytının haqqin.az-a istinadən verdiyi məlumata görə, bu, dünən gecə Bolqarıstanın “Ludoqorets” klubunun Avropa Liqasından kənarlaşdırılmasından sonra tam dəqiqləşib. Məhz Bolqarıstan Azərbaycanı 27-ci pillədən sıxışdırıb çıxara biləcək yeganə ölkə idi.
Ötən mövsümü 30-cu sırada başa vuran ölkəmiz üç pillə irəliləyib. Bir il ərzində həm Bolqarıstanı, həm Slovakiyanı, həm də avrokuboklardan kənarlaşdırılmasına baxmayaraq hər il UEFA-dan 4,333 xal alan Rusiyanı qabaqlamışıq.
Azərbaycan cədvəldə yüksəlişini əsasən “Qarabağ”ın Çempionlar Liqasındakı uğurlu çıxışı sayəsində reallaşdırıb. Ölkəmiz avromövsümü 22,937 xalla tamamlayır. Bu, Azərbaycan klublarının son beş mövsümdə – 2021/22-dən 2025/26-ya qədər topladığı ümumi xaldır. 22,937 xal Azərbaycanın avrokuboklardakı iştirakı tarixində rekord göstəricidir.
Bundan əvvəl ən yaxşı beşillik nəticə 2023/24 mövsümünün yekununa əsasən qeydə alınmış 20,125 xal idi. Həmin mövsümdə “Qarabağ” Avropa Liqasında 1/8 finala yüksəlmişdi.
Cari mövsümdə Azərbaycan 5,812 xal toplayıb. 2023/24 mövsümündəki rekord göstəricidən (5,875) cəmi bir heç-heçə uzaqda qalmışıq.
Toplanan 5,812 xalın bölgüsü belədir:
4,687 – “Qarabağ”
0,625 – “Sabah”
0,375 – “Araz-Naxçıvan”
0,125 – “Zirə”
Hazırkı UEFA əmsallar cədvəli 2027/28 mövsümündə avrokuboklara vəsiqələrin bölgüsünü müəyyənləşdirir. Ötən mövsüm tutduğumuz 30-cu yer bu yay Azərbaycan klublarının start mövqeyini zəiflədəcək. Komandalarımızdan biri Konfrans Liqasına mübarizəyə 2-ci yox, 1-ci təsnifat mərhələsindən başlamağa məcbur olacaq.
Bu mövsüm isə vəziyyəti düzəltmişik. Deməli, UEFA formatı dəyişməzsə, 2027-ci ilin yayında Konfrans Liqasındakı hər iki Azərbaycan təmsilçisi yenidən 2-ci təsnifat mərhələsindən yarışa başlayacaq.
Klub reytinqinə gəlincə, “Qarabağ” bu mövsüm şəxsi rekordunu müəyyənləşdirərək 13,750 xal toplayıb. Son beş mövsümdə Azərbaycan çempionu 42,750 xal yığıb və hazırda 60-cı pillədə qərarlaşıb.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Bakı klubu bu gün baş məşqçisi ilə vidalaşa bilər - ÖZƏL
- “Cəbrayıl”ın yeni transferi Şamaxıda debüt etdi
- Nigar Mirzəliyeva Bundesliqada debüt etdi
- Kadi qayıdışını “Futbolxeber”ə şərh etdi: “Liverpul”a yalnız biz 0:6 hesabı ilə uduzmamışıq”
- “Turan Tovuz”un debütantı: “Qarabağ”dan xal ala bilərdik...”
- “Qarabağ” 2026-cı ildə ilk transferini reallaşdırdı
- Aərbaycan kubokunun püşkü atılıb
- Mustafa Sek: “Bir qələbə ilə kifayətlənmək olmaz, ardını gətirməliyik”
- "Qarabağ" yeni transfer edir
- Addai: “Sabah”la oyunlarda nəyə qadir olduğumuzu göstərəcəyik”
- “Neftçi” heyətinə “Şalke”dən futbolçu cəlb etdi
- Azərbaycan futbolunda yenilik
- “Sumqayıt” - “Zirə” oyunun biletləri satışda
- Təxirə salmalımı, salmamalımı?!.
- Millimizin sabiq üzvü Finlandiya yığmasından təklif alıb
-
11:00
Rüfət Abdullazadə: “Turnir cədvəlinə indi yox, mayda baxacağıq”
-
10:46
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:31
“Şamaxı” “Neftçi”yə, “Qəbələ” “Karvan-Yevlax”a qarşı
-
10:14
"Başakşehir" "Konyaspor"a şans tanımadı VİDEO
-
09:52
Cəlal Hüseynov oynadı, komandası qalib gəldi
-
09:35
"trabzonspor"un qələbəsi VİDEO
-
23:14
Avarçəkmə və kanoe üzrə Azərbaycan birinciliyi keçirilib
-
22:52
Rəşad Nəbiyevdən cüdoçulara təbrik
-
22:29
"Zirə"nin qələbəsi VİDEO
-
21:48
Millimizin rəqibləri müəyyənləşdi
-
21:03
"Bütün baş verənlər bizim səhvlərimizin nəticəsi idi"
-
20:36
Rəşad Sadıqov: "Vacib qələbə qazandıq"
-
20:17
"Qarabağ"dan Kamilo Duranla bağlı açıqlama
-
19:55
"Zirə" və "Kəpəz"dən qələbə
-
19:41
Boksçumuz erməniyə qalib gəldi
-
19:34
"Kəpəz" - "Sumqayıt" oyununda 3 qol VİDEO
-
19:00
Azər Bağırov: “Bu qələbəni onlara həsr edirik”
-
18:22
Premyer Liqa klubunda yeni müqavilə
-
18:15
Saşa İliç: "Belə bəsit qollar buraxdığımıza inana bilmirəm"
-
18:09
Azərbaycan millisinin 4 üzvü Türkiyə Superliqasında çıxış edəcək
-
17:46
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər müəyyənləşdi
-
17:33
Konfrans Liqasında 1/8 finalın püşkü atıldı
-
16:51
Əhməd Yusifov ilk dəfə "Böyük Dəbilqə" turnirinin qalibi oldu
-
16:18
Avropa Liqasında 1/8 final cütlükləri müəyyənləşdi
-
15:47
"Neftçi" "Şamaxı" ilə oyuna hazırdır FOTOLENT
-
15:20
ÇL: 1/8 final mərhələsinin püşkü atıldı
-
14:35
"Neftçi" ukraynalı məşqçisi ilə vidalaşdı
-
14:12
"Kəpəz" - "Sumqayıt": Heyətlər açıqlandı
-
13:53
“Berdiyev illərdir fərqli komandalarla nəticə qazanmağı bacarır”
-
13:29
Azərbaycan klublarının avrokuboklarda qol rekordu təkrarlanıb
-
13:01
Azərbaycan klubuna lazım olmayan müdafiəçi "Valensiya"ya transfer olundu
-
12:48
Azərbaycan klublarının ÇL-də yeni bombardiri
-
12:30
“Araz-Naxçıvan”la heç bir problemim yoxdur, ödənişlər vaxtında edilir”
-
12:15
Boksçumuz 1/4 finala yüksəldi
-
11:52
"Samsunspor" darmadağınla mərhələ adladı VİDEO
-
11:29
Futbolumuzun fərsiz övladı
-
11:07
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:46
Azərbaycan UEFA reytinqində 3 ölkəni qabaqladı
-
10:13
"Fənərbaxça" səfərdə qələbə qazansa da, mərhələ adlamadı VİDEO
-
09:54
Cəbrayıl Hacıyev bürünc medal qazandı
-
09:31
"Traktor" liderliyə yüksəldi
-
18:59
Cəfərovun 50-ci, Seyidovun 30-cu qolu
-
17:32
Cüdoçularımızın rəqibləri müəyyənləşdi
-
17:00
Bunu da gördük: “İmişli” meydana başqa komandanın forması ilə çıxdı
-
16:41
Bakıda məşqçi kursları keçiriləcək
-
15:27
Bu komanda Region Liqasından kənarlaşdırıldı
-
15:15
AFFA "Kəpəz"in futbolçusunu cəzalandırdı
-
14:04
“Sumqayıt” Roy Kehatı itirdi
-
13:53
Ərdoğan Okan Buruka zəng etdi VİDEO
-
12:39
“Karvan-Yevlax” üçün “Qəbələ” nümunəsi
28.02.2026
27.02.2026
26.02.2026























