18 May 2024, Şənbə
XXXV turun hakim təyinatları
“Şamaxı” zirvəyə yüksəldi
Mirzov "Neftçi"dən ayrılır?
Mövsümün ən yaxşıları müəyyənləşdi

Digər idman növləri

“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək

“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək.

Futbolxeber.az saytının məlumatına görə, yarış Azərbaycan Şahmat Federasiyasının (AŞF) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutacaq.

FIDE-nin 100 illiyinə həsr edilən turnir İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. İştirakçıların yekun siyahısı iyunun 15-də müəyyənləşəcək.

Bakı İdman Sarayının ev sahibliyi edəcəyi festivalın mükafat fondu 50000 ABŞ dolları olacaq.

Qeyd edək ki, iyunun 29-da start götürəcək “Baku Open 2024” beynəlxalq şahmat festivalı iyulun 7-də yekunlaşacaq. Turnirin baş hakimi AŞF-nin vitse-prezidenti Faiq Həsənov olacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31