18 May 2024, Şənbə
XXXV turun hakim təyinatları
“Şamaxı” zirvəyə yüksəldi
Mirzov "Neftçi"dən ayrılır?
Mövsümün ən yaxşıları müəyyənləşdi

Ölkə futbolu

Bakıda Avropa çempionatı keçiriləcək

Bakı ilk dəfə güləş üzrə U-23 Avropa çempionatına ev sahibliyi edəcək.

Futbolxeber.az saytının məlumatına görə, 2022-ci ildə Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin qəbul etdiyi qərara əsasən, bu yaş qrupu üzrə qitə birinciliyi Azərbaycanda keçiriləcək.

32 ölkədən 400-ə yaxın idmançının qatılacağı yarış mayın 20-dən 26-dək Bakı İdman Sarayında təşkil ediləcək.

Proqrama əsasən, çempionata yunan-Roma güləşçiləri start verəcək. Onlar estafeti qadın güləşçilərə ötürəcək. Yarışa sərbəst güləşçilər yekun vuracaq. Görüşlər hər gün saat 10:30-da start götürəcək. Avropa çempionatının təntənəli açılış mərasimi mayın 20-də saat 17:00-da başlayacaq.

Qeyd edək ki, yaxın günlərdə biletlər “İticket” şirkəti vasitəsi ilə satışa çıxarılacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31