28 Aprel 2024, Bazar günü
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü
"Səbail" səfərdə məğlub oldu
32-ci turun hakim təyinatları

Futzal

Millimizin baş məşqçisi: "Bu qədər yolu qələbə qazanmaq üçün qət etmişik"

“Oyunun keçiriləcəyi Koszalin idman zalında ilk məşqimizə çıxdıq. Polşa ilə oyun zamanı meydanda tətbiq etmək istədiyim bəzi məqamlar var ki, az da olsa onların üzərində işlədik. Düzdür, ilk məşqdə elə də çox vaxtımız olmadı. Çünki bura gəlmək üçün xeyli yol qət etmişik, uşaqlarda yorğunluq var".

Futbolxeber.az-ın Azərbaycan Futzal Federasiyasının saytına istinadən verdiyi məlumata görə, bu sözləri Azərbaycanın futzal millisinin baş məşqçisi Joze Alesio da Silva deyib.

O, yığmamızın DÇ-2024-ün əsas mərhələsində Polşaya qarşı keçirəcəyi oyunun hazırlığından danışıb: "Müdafiədən hücuma çıxmağa, 5-in 4-də oyunla bağlı müəyyən taktiki çalışmalara vaxt ayırdıq. Bəzi futzalçılar məşqdə iştirak edə bilmədilər. Bolinya qrip olub, Felipinyo və Ramiz Çovdarovun isə yüngül zədəsi var. Allahın köməyi ilə onlar Polşa ilə oyunda bizə kömək edəcəklər".

Mütəxəssis qeyd edib ki, qələbə qazanaraq qrupu 1-ci pillədə başa vurmaq istəyirlər: "Bilirəm ki, rəqibimiz də bizimlə matça yaxşı hazırlaşır. Hətta onlar tərəfindən verilən müsahibələr, açıqlamalarla da tanışam. Hər dəfə qələbə qazanmaq istədiklərini qeyd edirlər. Onlara hörmətlə yanaşırıq, amma biz də bu qədər yolu qələbə qazanmaq üçün qət etmişik. Oyuna yaxşı hazırlaşmışıq və qrup mərhələsini birinci pillədə başa vurmaq istəyirik".

Qeyd edək ki, Polşa - Azərbaycan oyunu sabah keçiriləcək.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30