Futzal
Gənclər üçün nümunə - Rövşən Hüseynli LAYİHƏ
Futbolxeber.az saytı qalib olduğu AFFA yanında Media Komitəsinin “Futzal: mövcud durum və perspektiv üfüqləri” layihəsi çərçivəsində növbəti yazısını təqdim edir. Bu dəfə hazırda Azərbaycan futzalının üzdə olan, sözün hər iki mənasında “1 nömrə”li yerli oyunçusu Rövşən Hüseynli ilə söhbətləşdik. Cəmi 26 yaşı olsa da, Hüseynli bu gün Azərbaycanda futzalla məşğul olmaq istəyən gənclər üçün nümunədir. Çünki əksəri braziliyalılardan təşkil olunan yığmamızın yeganə əvəzolunmaz yerli oyunçusu məhz Rövşəndir...
GÜLƏŞÇİ, FUTBOLÇU, FUTZALÇI
Azərbaycanda futzal məktəblərinin olmamasını dəfərlərlə vurğulamışıq. Bu, futzalımızın ən böyük problemidir. Elə bu səbəbdəndir ki, hazırda üzdə olan futzalçıların hamısı daha əvvəl futbolla məşğul olublar. Rövşən Hüseynli kimi. Amma digərlərindən fərqli olaraq, 26 yaşlı qapıçı idmançı karyerasına güləşlə başlayıb: “İdmanla peşəkar səviyyədə məşğul olmağa 2005-ci ildən güləşlə başlamışam. Amma bu, elə də çox çəkməyib. Artıq növbət ildə futbola başladım. İlk məşqçim Feliks müəllim olub, qapıçılarla işləyən mütəxəssis. 3 aydan sonra isə Adil Mahmudovun yanına gəldim. 4 il “İnter”də oynadım. Bu komandada daha sonra Arif Əmirxanovun rəhbərliyi altında çıxış etdim. Sonradan keçdim futzala. 2009-cu ildən etibarən futzalla məşğulam. İlk öncə “Neftçi”nin ikinci komandasına gəldim. Əbdülqəni Nurəhmədovun bu səviyyə çatmağımda çox böyük rolu olub. Mənə ən böyük köməyi, dəstəyi məhz o göstərib”.

NİYƏ MƏHZ QAPIÇI?
Adətən futbola başlayanda çoxları hücumçu olmaq, irəlidə oynamaq, daha çox qol vurmaq istəyirlər. Əksər hallarda, ən zəif oyunçu qapıya qoyulur. Çox az adam tapılar ki, erkən yaşlarından qapıda dayanmaq istəsin. Görəsən, Rövşən Hüseynli niyə qol vurmağı yox, qol buraxmamağı üstün tutub: “Meydan oyunçusu kimi oynamağı da bacarıram. Əbdülqəni müəllimin rəhbərliyi altında çıxış edəndə tez-tez 5-ci oyunçu kimi meydanda olurdum. Hətta məhlədə futbol oynayanda hücumda yer aldığım vaxtlar da olub. Qapını seçməyimdə atamın rolu böyükdü. Məhz o, məni yönləndirib. 5-6 yaşım olanda evdə bir otaqdan digərinə keçəndə atam top vururdu, mən isə qaytarmağa çalışırdım. Həvəs hər şeydən üstündü. Arzum elə qapıçı olmaq idi”.
“UDUZMAĞI, ARXADA QALMAĞI XOŞLAMIRAM”
Rövşən deyir ki, futbolu futzalı dəyişdiyinə görə peşman deyil. Hətta bildirir ki, “idmanın şahı”nda qalsaydı belə, yenə də tanınardı: “Uduzmağı, arxada qalmağı xoşlamıram. Həmişə istəmişəm lider olum. Var sadəcə lider olmaq, meydanda sözünü demək, bir də var lider olub göylə getmək. Mən hər zaman çalışmışam komandama fayda verim. Böyük futbolda qalsaydım da, nəticə göstərərdim”.

Futboldan futzala keçməsini Hüseynli bu idman növünə daha çox maraq göstərməsi ilə bağlayır. Deyir ki, bu idman növünü seçməsində indi bir yerdə çıxış etdiyi təcrübəli oyunçuların da rolu olub: “Futzala marağım daha çox idi. Vitali Borisov, Rəcəb Fərəczadə, Rizvan Frzəliyev və digərlərinin oyunu çox xoşuma gəlirdi. Futbol da maraqlıdır. Lakin futzalda daha çox hərəkətdə olursan. Qapıçının üzərinə iş daha çox düşür. Atam da futzalla məşğul olub. Bu məqam da məndə həvəs yaradırdı. Odur ki, bir gün atama futbolu futzalı dəyişmək istədiyimi dedim və o da qərarımı dəstəklədi. “Neftçi”nin əvəzedici komandasında Ramin Həsənzadənin mənə çox köməkliyi dəydi. 3 il yarım mənimlə işlədi. Daha sonra hərbi xidmətə yollandım”.
“FƏNƏRBAXÇA”NIN TƏKLİFİNİ QƏBUL ETSƏYDİM, BƏLKƏ DƏ BU SƏVİYYƏYƏ ÇATMAZDIM”
Hərbi xidmətdən qayıtdıqdan sonra karyerasını bərpa edən qəhrəmanımız “Baku Fire”da çıxış edir. Həmin dövrü Hüseynli belə xatırlayır: “Əsgərlikdən qayıtdıqdan sonra “Baku Fire” klubuna keçdim. 2013-2014-cü illərdə bu klubun şərəfini qorudum. Daha sonra “Fənərbaxça”dan təklif gəldi. Həmin vaxt bu komanda iddialılardan biri idi, çempionluğa oynayırdı. Amma təklifi geri çevirdim. Bilirdim ki, ora getsəm, ehtiyatda qalacağam. İkinci olmağı heç vaxt istəməmişəm. Düzdür, təklifi qəbul etsəydim, daha çox pul qazanacaqdım. Amma pul hər şey demək deyil. Bəlkə də “Fənərbaxça”ya keçsəydim, bu səviyyə çatmazdım. Daha sonra Joze Alessio məni “Araz”a çağırdı. O, oyunumu bəyənmişdi. Alessiodan da çox Marat Salyanskinin mənə çox köməyi dəydi. O mənə həm meydanda, həm də kənarda dəstək olurdu. İndiki səviyyəyə çatmağımda böyük rolu olanlardan biri də məhz Salyanskidir.
Rövşəni “Araz”a Alessio dəvət etsə də, braziliyalı mütəxəssis sonrada Naxçıvan klubundan ayrılır. Onu isə baş məşqçi vəzifəsində Tino Peres əvəzləyir. İspan mütəxəssisin gəlişi Rövşənin də karyerasında irəliləyişə səbəb olur: “İlk dəfə mənə məhz Peres şans verdi. 2014-cü ilin oktyabrında “Ekol”la oyunda meydana çıxdı. Debütum uğurlu alındı və 4:2 hesablı qələbə qazandıq. Yığmadakı debütum isə Özbəkistan millisinə qarşı olub. Beynəlxalq turnir idi və özbəklərlə qarşılaşma 6:2 hesablı qələbəmizlə tamamlandı. Həmin maçtda sonradan meydana daxil olmuşdum. Millidə ilk dəfə start heyətində 2015-ci ilin 15 sentyabrında meydana çıxmışam. Seçmə mərhələ matçında Slovakiya ilə üz-üzə gəlirdik. O qarşılaşmada qapımda cəmi 1 qol gördüm. Görüş 3:1 hesablı qələbəmizlə tamamlandı”.

“BU GÜN MİLLİDƏ OYNAYAN FUTZALÇILARIN HEÇ BİRİ MƏKTƏB GÖRMƏYİB”
Yazının əvvəlində də qeyd etdiyimiz kimi, bu gün ölkəmizdə futzal məktəbi yoxdur. Rövşən kimi əksər oyunçular bu idman növünə futboldan gəliblər: “Bu gün millidə oynayan futzalçıların heç biri məktəb görməyib. Düzdür, bəzi klubların aşağı yaş qrupu üzrə komandaları var. 15-16 yaşlı uşaqlar əvəzedici heyətdə çıxış edirlər. Onlarla 12-13 yaşlı məşq edən uşaqlar da var. Amma dediyiniz kimi, futzal məktəbinin olmaması böyük çətinlikdir. Futboldan futzala gəlib oynamaq bir az çətindi. Meydana, topa öyrəşmək, dözüm lazımdı. İlk vaxtlar çox çətin olur. Elə mənim üçün də çətin idi. Tez fikirləşməlisən. Saniyədən də az vaxtda qərar qəbul etməlisən. Amma futzaldan böyük futbola gedib oynamaq daha rahatdi. Təsəvvür edin ki, ilk 7 ay ərzində ancaq məşq edirdim. Daha sonra 21 yaşlılardan ibarət yığmaya cəlb olundum və turnirə qatıldıq. Orada bir balaca özümü göstərdim”.
“ƏVVƏL ŞANS VERİRDİLƏR, İNDİ TƏLƏB EDİRLƏR”
Məşq etmək, oyunlarda özünü göstərmək - bütün bunlar hamısı uğurun bir hissəsidir. Amma hər bir idmançının parlamasında şansın da rolu var. Bəzən insana şans cəmi 1 dəfə verilir və ondan mütləq yararlanmalısan. Əks halda, karyeran uğursuz ola bilər. Elə qəhrəmanımız da belə düşünür. Rövşən deyir ki, ona verilən ilk şansdan maksimum yararlanıb: “Millidə, “Araz”da qapıçılarla işləyən məşqçimiz Kərim müəllim və Tino mənə bilmədiklərimi öyrətdilər. Zamanında isə şans verildi. Mən də bu şansdan maksimum yararlandım. Əgər şans verdilərsə, deməli pespektiv görüblər. Dedilər ki, “bu, sənin üçün şansdı, özünü mütləq göstərməlisən.
Millidəki debütumdan öncə artıq Azərbaycan çempionatında forma geyirdim. Müəyyən qədər təcrübə toplamışdım. Hər bir azərbaycanlıya verilən şansdan mən də yararlandım. Təbii ki, bu səviyyəyə çatmağımda rəhbərliyin də rolu böyükdü. Xorvatiyada seçmə mərhələ oyunlarında idik. 1-2 oyun şans verildi, özümü göstərdim. Bu şansdan mütləq yararlanmalı idim. Çünki Xorvatiyada özümü yaxşı tərəfdən göstərəcəyim halda, Avropa çempionatında millinin “1 nömrə”si olacaqdım. Seçmə mərhələni birinci yerdə tamamladıq. Daha sonra Avropa çempionatında da forma geydim. Yəqin ki, etimadı doğrultduğum üçün bu günə də meydana çıxıram. Əvvəl şans verirdilərsə, indi tələb edirlər”.

GƏNCLƏRƏ MƏSLƏHƏT
Cəmi 26 yaşı olsa da, Rövşən Hüseynli bu gün Azərbaycan futzalında üzdə olan simalardan biridir. Futzalla maraqlanan yeniyetmələr, gənclər üçün örnəkdir o. Bəs Hüseynli gələcəkdə onun kimi Azərbaycan millisinin aparıcı simasına çevrilmək istəyən gənclərə nə məsləhət görür: “Uğur qazanmaq üçün ilk növbədə həvəs lazımdı. Mən uşaq vaxtımdan həmişə millidə oynamağı, meydanda olarkən Azərbaycan himnini eşitməyi istəyirdim. O həvəsi, o xəyalı yaratmaq lazımdı. Uğursuzluq olarkən həvəsdən düşməsinlər. Bu gün heyətə düşə bilmirsənsə, o demək deyil ki həvəsdən düşməlisən. Hazırda Azərbaycan yığmasında da, “Araz”da da braziliyalılar çıxış edir. Amma onlar heç kimin yerini zəbt etməyiblər. İnanın ki, kim güclüdürsə, o da oynayır. Gənclər qarşılarına məqsəd qoysunlar. O məqsədə nail olmaq üçün isə dişinlə, dırnağınla mübarizə aparmalısan. Vaxt olub ki, mən də qıraqda oturmuşam, meydana çıxmamışam. Şans veriləndə özümü göstərmişəm. Meydana çıxmaq üçün ilk növbədə məşqlərdə tam çalışmalısan, o şansı haqq etməlisən. Daha sonra 2-3 dəqiqə meydana çıxdıqda isə bundan faydalanmalısan”.
(ardı var)
Söhbətləşdi: İBRAHİM
“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”


|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
19:58
AFFA nümayəndəsinə UEFA-dan təyinat
-
19:21
III Beynəlxalq Xankəndi Ultramarafonunda ilk mərhələnin mükafatçıları müəyyənləşib
-
19:00
Fətiyev bürünc medal qazandı
-
18:13
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır
-
17:37
“Səbail” qələbəni əldən verdi
-
16:49
Azərbaycan kubokunda daha 3 komanda mərhələ adladı
-
16:22
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
-
15:55
Milli Xalça Muzeyində cüdo üzrə dünya çempionatına həsr olunmuş sərgi açılıb
-
15:16
VII turun hakim təyinatları
-
15:00
İspaniya millisinin sabiq üzvü 40 yaşında futbola qayıdır
-
14:28
“Sumqayıt”ın legioneri: “Çempionat daha maraqlı və gərgin keçir”
-
13:51
"Səbail" kamerunlu vinger transfer etdi
-
12:43
Qaşim Maqomedov Paris Qran-prisində mübarizə aparacaq
-
11:07
Avropa çempionatı: İki boksçumuz yarımfinalda
-
10:29
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
-
09:52
“Şahdağ Qusar”dan darmadağın
-
19:51
Millimiz "Antalyaspor"la yoldaşlıq oyunu keçirəcək
-
18:38
Dünya çempionatında 23 güləşçimiz mübarizə aparacaq
-
18:16
Elxan Səmədov “Ayın qolu”nun qalibini mükafatlandırdı
-
17:29
Azərbaycan kubokunda yeni mövsüm start götürdü: 2 oyunda 18 qol
-
17:05
Hidayət Heydərov: "Doğma Vətəndə uduzmaq ağırdır"
-
16:47
“Arsenal” Arteta ilə müqavilə yenilədi
-
15:52
AFFA üç komandaya texniki məğlubiyyət verdi
-
15:30
DÇ: Zelim qızıl, Ömər bürünc uğrunda yarışacaq
-
15:14
Millimiz FİFA reytinqində gerilədi
-
14:23
"Səbail" legioner hücumçu transfer etdi
-
14:00
AMADA "Qəbələ" üçün maarifləndirici seminar keçirib
-
13:31
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
-
12:06
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
-
11:48
İspaniya səfərdə Xorvatiyanı məğlub etdi VİDEO
-
11:25
Hakan Çalhanoğlu ilə bağlı şad xəbər
-
10:59
“Arsenal”ın hücumçusu “Atletiko” və “Yuventus”un hədəfində
-
10:37
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
10:02
“Neftçi”nin ən yaxın izləyicisi ilə oyuna böyük maraq: 4 minə yaxın bilet satılıb
-
09:14
“Neftçi”nin yarımmüdafiəçisi vida matçında Messiyə qarşı oynadı
-
19:36
U-21 millimiz Cəbəllütariqə qalib gəldi
-
19:27
Dünya çempionatı: Rəşid Məmmədəliyev Azərbaycana ikinci medalı qazandırdı
-
18:51
Rui Jorje: “Mən klubların işinə qarışa bilmərəm”
-
18:08
U-20 yığmamız Yaponiyanı məğlub etdi
-
17:19
Sefasın durumu nə yerdədir?
-
16:45
“Bavariya” Keynlə yeni müqavilə imzalayacaq
-
16:02
“Çelsi” “Barselona”nın müdafiəçisi ilə maraqlanır
-
15:23
I Liqada hakim təyinatları
-
14:36
Litva millisinin baş məşqçisi istefaya göndərildi
-
14:14
Voleybol millimiz İzmirdə hazırlıq keçəcək
-
14:00
Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci il üçün keçirilmə tarixləri müəyyənləşib
-
13:51
5 boksçumuz mərhələ adladı
-
13:27
Azərbaycan Kuboku: I təsnifat mərhələsi üçün hakim təyinatları
-
12:49
Alen Şkribeklə Bakıda bir gün - “Neftçi TV”dən maraqlı vloq VİDEO
-
12:15
Ronaldo “Əl-Nəsr”in düşərgəsinə qayıtdı
08.10.2026
07.10.2026
06.10.2026
























