Ölkə futbolu
Sülhlə bağlı hər şeyə sevinmək lazımdır
Noyabrın 5-də futbolla bu və ya digər şəkildə maraqlanan, bu idman növünə bağlılığı olan hər kəsin diqqəti ABŞ-yə, Con Kennedi adına İncəsənət Mərkəzində keçirilən Dünya Kubokunun püşkatma mərasiminə yönəlmişdi. Azərbaycan millisi 2026-cı ildə keçiriləcək mundiala vəsiqə qazanmasa da, bu tədbir ölkəmiz üçün də əlamətdar oldu.
Mundialın püşkatma mərasimindən öncə ABŞ prezidenti Donald Trampa FIFA tərəfindən Sülh Mükafatı təqdim olundu. Həmin mükafat isə Azərbaycanın tanınmış Xalq rəssamları – Səlhab Məmmədov və Əli İbadullayev tərəfindən hazırlanıb. "Düşüncələr və Arzular" adlı heykəlcik mərasimin xüsusi məqamı idi. Azərbaycanın dünya incəsənətinə verdiyi töhfə ilin ən diqqətəlayiq beynəlxalq tədbirlərindən birinin mərkəzində idi.
İlk FIFA Sülh Mükafatının simvolu olaraq Səlhab Məmmədov və Əli İbadullayevin heykəlinin seçilməsi, Azərbaycan incəsənətinin beynəlxalq səhnədə artan nüfuzunun və ölkə rəssamlarının qlobal mövzuları universal vizual dildə həll etmək qabiliyyətinin açıq bir əlaməti idi. Bir sözlə, FIFA tərəfindən ABŞ prezidentinə verilən mükafatın məhz azərbaycanlı rəssamlar tərəfindən hazırlanması böyük hadisədir.
Lakin təəssüf ki, tədbirdən dərhal sonra Azərbaycan adına bu uğura sevinməyənlər, ağız büzənlər də tapıldı. Səbəb əndrabadidir: Səlhab Məmmədov AFFA-nın sabiq baş katibi və icraçı vitse-prezidenti, hazırda FİFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru vəzifəsini tutan Elxan Məmmədovun atasıdır. Elxan Məmmədovu bəyənməyənlər, onun fəaliyyətinə ağız büzənlər indi Trampa azərbaycanlı rəssamların hazırladıqları mükafatın təqdim edilməsinə neqativ yanaşırlar. Əvvəla, futbol üzrə Dünya Kubokunun püşkatma mərasimi kimi nəhəng bir tədbirdə Azərbaycanla bağlı müsbət nəsə varsa, buna ancaq sevinmək lazımdır. FİFA-da, ABŞ-də, ümumiyyətlə dünyanın istənilən ölkəsində, istənilən media orqanında heç kim “Trampa Elxan Məmmədovun atasının hazırladığı mükafat təqdim olundu” demir. “Trampa azərbaycanlı rəssamların hazırladığı mükafat təqdim edildi” deyilir. Həm də bu, bir tərəfdən Azərbaycana, ölkəmizin incəsənətinə verilən dəyərdirsə, digər tərəfdən də Elxan Məmmədovun FİFA kimi ali qurumda nüfuzunun göstəricisidir. Bəyənsəniz də, bəyənməsəniz də, Elxan Məmmədovun beynəlxalq futbol qurumunda nüfuzu böyükdür. Buna qədər Bakıda keçirilən COP29-da, Misirdə təşkil olunan Yaxın Şərq Sülh Sammitində, eləcə də digər nüfuzlu tədbirlər zamanı İnfantinonu məhz Məmmədovun müşayiət etməsi ona olan etimadın göstəricisidir.
Ölkəmizin istənilən fərdinin beynəlxalq səviyyədə əldə etdiyi hər hansı uğura şəxsi ədavət prinsiplərinə əsaslanmaqla ağız büzmək, belə münasibətə daha uyğun gələn şəkildə ifadə etsək, primitiv davranış sərgiləmək kimliyindən asılı olmayaraq, həmin şəxs(lər)in ictimai şüurunun tam olaraq formalaşmamasına əyani nümunədir.
Sevinə bilək. Bu, əlahiddə bacarıq deyil, amma çox faydalıdır. Xüsusilə, sülhlə bağlı məsələdə. Müzakirə predmeti mükafat olsa belə...
İbrahim Cəfərov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Dinamo” Klublar Komitəsinə müraciət etdi: “Bu, bizim haqqımızdır” (Müsahibə)
- “Neftçi” heyətinə “Şalke”dən futbolçu cəlb etdi
- Koxalski Qubada meydana niyə çıxmayıb: zədə, yoxsa..?
- AFFA PFL-ə qarşı açıq hücuma keçib - Məqsəd qurumun ləğvidir
- "Araz-Naxçıvan" braziliyalını transfer etdi
- “Səbail” kapitanı ilə yollarını ayırır
- İcraiyyə Komitəsi vaxtında Qurban Qurbanova qulaq assaydı...
- İsgəndər Cavadov Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti seçildi
- 3x3 basketbol millimiz ilk dəfə FIBA Çempionlar Kubokunda
- Futzal üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsi yekunlaşıb
- Berdıyevdən mini master-klass
- Yüksək Liqada XI turun oyun cədvəli açıqlandı
- “Üzərində işləməli olduğumuz nüanslar kifayət qədərdir”
- Rəşad Sadıqov rəqibin oyununu izləmək üçün Şamaxıya yollandı
- “Zirə”nin yeni transferi: “Həyati təhlükəm olduğu üçün oradan ayrıldım”
-
00:37
Futbolxeber.az 14 yaşında!
-
23:38
Basketbol millimiz səfərdə Monteneqroya uduzub
-
23:21
"İstedadların seçimi" turnirinin II turunda 8 çəkidə mükafatçılar müəyyənləşib
-
22:49
"Zirə" - "Qarabağ" matçında 4 qol VİDEO
-
22:15
Rəşad Sadıqov: “O epizodlara verilən şərhlər də adamı məyus edir”
-
21:53
Qurban Qurbanov: “Daha istəkli, daha ciddi olmalıyıq”
-
21:06
"Qarabağ" "Zirə"yə qalib gəldi
-
18:27
“Araz-Naxçıvan” da Sumqayıta “köçdü”
-
17:34
Ülviyyə Fətəliyeva beynəlxalq turnirin qalibi oldu
-
17:00
Masaki Murata: “Bəlkə bu halda nəyisə dəyişə bildik”
-
16:42
Azərbaycan çempionatı başa çatıb
-
15:18
Basketbol millimiz Çempionlar Kubokunun yarımfinalında
-
14:56
Ağırlıqqaldırma üzrə ölkə çempionatında ilk qaliblər bəlli olub
-
13:21
Azərbaycan Yelkən Federasiyası Su İdmanı Növləri Federasiyasına birləşdirilib
-
12:39
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:03
Sabiq “Qarabağ”lı: “Sarpsborg 08”in futbolçusu olduğum üçün çox qürurluyam”
-
10:45
“Araz-Naxçıvan” sona qədər avrokuboklar uğrunda mübarizə aparacaq”
-
10:27
Nəriman Axundzadə yeni klubunun stadionunu ziyarət etdi
-
10:12
Renat oynadı, komandası qalib gəldi
-
09:54
"Fənərbaxça"dan gözlənilməz məğlubiyyət VİDEO
-
23:54
Ruzanna Məmmədova Avropa ikincisi oldu
-
23:47
Saşa İliç: “Qələbə qazana bilməməyimizin səbəbini bilmirəm”
-
23:36
Ayxan Abbasov: “Klub rəhbərləri yerli məşqçinin arxasında dayanmır”
-
23:09
Sumqayıtda tək qol VİDEO
-
22:26
"Araz-Naxçıvan"dan qələbə, "Sumqayıt" uduzdu
-
22:13
"Neftçi" - "Qarabağ" matçının vaxtı açıqlandı
-
21:58
"Araz-Naxçıvan" - "Karvan-Yevlax" matçında 3 qol VİDEO
-
21:41
Andrey Demçenkodan qələbə şərhi
-
21:00
Füzuli Məmmədov: "Araz-Naxçıvan" kimi komandaya 2-3 qol vurmaq çətindir"
-
18:35
Basketbol millimizdən qələbə
-
17:52
Azərbaycanda ilk dəfə Avropa Kanoe Assosiasiyasının ofisi açılıb
-
17:04
“Çelsi” də yeni müqavilə
-
16:47
"Quba" səfərdə "Lənkəran"a qalib gəldi
-
16:16
Tiaqo Silva rekorda imza atıb
-
15:33
Badminton üzrə inklüziv idman yarışı
-
14:29
“Qarabağ”ın yarımmüdafiəçisi Norveç klubuna transfer olundu
-
13:58
Basketbol milimiz Kanadaya məğlub oldu
-
13:01
“Sumqayıt”dan azarkeşlərə jest
-
12:15
Boksçularımız Monteneqroda rinqə çıxacaqlar
-
11:34
Azərbaycan kubokunda 1/4 finalın təyinatları açıqlandı
-
10:42
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:27
"Selta"- "Lion" matçında qalib aşkarlanmadı VİDEO
-
10:00
“Neftçi”dən geridönüş, “Araz-Naxçıvan”dan darmadağın
-
18:54
“Səbail” “Mingəçevir”ə qalib gəldi
-
17:26
Millimizdən biabırçı məğlubiyyət
-
16:32
Pley-off oyunlarının vaxtı müəyyənləşib
-
15:41
Balakəndə məktəblilər arasında velosiped yarışı keçirilib FOTOLENT
-
14:15
Varşavada 19 cüdoçumuz yarışacaq
-
13:53
XXIV turun hakim təyinatları
-
13:28
“Karvan Yevlax”ın üç legioneri milli komandalara dəvət aldı
15.03.2026
14.03.2026
13.03.2026
12.03.2026























