Ölkə futbolu
Çingiz Hüseynzadə: “Bu nəticələr mənə Rio Olimpiadasını xatırladır”
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunları artıq sona yaxınlaşır. Milli Olimpiya Komitəsinin vitse-prezidenti, İslam Həmrəyliyi İdman Assosiasiyasının (İSSA) ikinci vitse-prezidenti Çingiz Hüseynzadə Ər-Riyadda KİV nümayəndələrinə müsahibə verib. Futbolxeber.az saytının məlumatına görə, MOK rəsmisi müsahibəsində Azərbaycan idmançılarının VI İslam Həmrəyliyi Oyunlarındakı nəticələrini dəyərləndirib.
- Çingiz müəllim, VI İslam Həmrəyliyi Oyunları artıq yekunlaşmaq üzrədir. Azərbaycan komandasının çıxışını necə qiymətləndirirsiniz?
- Azərbaycan komandasının bu Oyunlardakı nəticələri əvvəlki illərlə müqayisədə zəifdir. Hazırda, İslamiadada medal qazanan ölkələr arasında 10-cu yerdəyik və maksimum 9-cu yeri tuta bilərik. Bu isə ölkəmizin İslam Həmrəyliyi Oyunlarında indiyədək göstərdiyi ən aşağı nəticədir. Bu nəticələr mənə Rio Olimpiadasını xatırladır. O zaman da əldə etdiyimiz 18 medaldan cəmi biri qızıl idi, gümüş medalların sayı isə üstünlük təşkil edirdi. İndi də eyni mənzərəni görürük. İlk üçlükdə qərarlaşan komandalardan sonra ən çox gümüş medal qazanan ölkələrdən biri Azərbaycandır. Qeyd etməliyəm ki, idmançılarımız mübarizə apararaq, bacarıqlarını nümayiş etdirdilər, lakin bəxt amili də mühüm rol oynadı. Komandamızdakı bəzi idmançıların sadəcə şansı gətirmədi. Buna baxmayaraq, parlaq çıxışlar da oldu. Xüsusilə basketbolçu qızlarımızın oyununu vurğulamaq istəyirəm. Cüdo millimiz də komanda hesabında çox inamlı qələbə qazandı. Ümumilikdə 8 qızıl medalımız var və onların 5-ini qadın idmançılarımız qazanıb. Yəni bu yarışda xanım idmançılarımız oğlanlara nisbətən daha yaxşı çıxış etdilər və bu, bizim üçün qürurverici göstəricidir.
- Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının təşkilatçılıq məsələləri barədə nə deyə bilərsiniz?
- Müəyyən gecikmələri nəzərə almasaq, digər məsələlər ümumilikdə qaydasındadır. Biz bu Oyunları Bakı-2017 ilə müqayisə etmirik. Çünki paytaxtımızın ev sahibliyi etdiyi yarışların səviyyəsi tamamilə fərqli idi və onu digər ölkələrlə müqayisə etmək doğru olmaz. Ümumilikdə desək, təşkilatçılıq pis deyil. Məndə olan məlumata görə, media nümayəndələri üçün də yaxşı şərait yaradılıb. Əsas narazılıq doğuran nəqliyyat məsələləri isə Oyunlar zamanı operativ şəkildə həll edilir. Bu baxımdan yarışların təşkilini qənaətbəxş hesab etmək olar.
- Növbəti İslamiada Malayziyada keçiriləcək. Bu barədə fikirlərinizi bilmək istərdik.
- Növbəti İslam Həmrəyliyi Oyunları Malayziyada, ölkənin dənizkənarı bölgələrindən birində təşkil olunacaq. Malayziya belə tədbirlərin keçirilməsində böyük təcrübəyə malikdir, buna görə də düşünürəm ki, təşkilatçılıq səviyyəsi yüksək olacaq. Ümid edirəm ki, həmin Oyunlarda daha yaxşı nəticələr əldə edəcəyik.
- Son illərdə İslam ölkələrində idmanın inkişaf səviyyəsini necə qiymətləndirirsiniz?
- İlk İslam Həmrəyliyi Oyunları ilə bu gün keçirilən yarışları müqayisə etdikdə çox ciddi fərqlər görürük. İslam ölkələrində idman dinamik şəkildə inkişaf edir. Məsələn, Səudiyyə Ərəbistanının 9 qızıl medal əldə etməsi, Bəhreyn komandasının uğurlu çıxışı, xüsusilə də onların atletika üzrə yüksək nəticələri bunu açıq şəkildə göstərir. Belə mötəbər yarışlarda ən çox medal məhz atletika və üzgüçülükdə qazanılır. Təəssüf ki, bu iki idman növünün ölkəmizdə istənilən səviyyəyə çatmaması medal qazanan ölkələr arasında tutduğumuz yerə də təsir edir.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Dinamo” Klublar Komitəsinə müraciət etdi: “Bu, bizim haqqımızdır” (Müsahibə)
- “Neftçi” heyətinə “Şalke”dən futbolçu cəlb etdi
- Koxalski Qubada meydana niyə çıxmayıb: zədə, yoxsa..?
- AFFA PFL-ə qarşı açıq hücuma keçib - Məqsəd qurumun ləğvidir
- “Səbail” kapitanı ilə yollarını ayırır
- İsgəndər Cavadov Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti seçildi
- Berdıyevdən mini master-klass
- "Araz-Naxçıvan" braziliyalını transfer etdi
- İcraiyyə Komitəsi vaxtında Qurban Qurbanova qulaq assaydı...
- "Sabah"ın məşqçisinin qeyri-etik jesti qalmaqala səbəb oldu
- 3x3 basketbol millimiz ilk dəfə FIBA Çempionlar Kubokunda
- Futzal üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsi yekunlaşıb
- “Üzərində işləməli olduğumuz nüanslar kifayət qədərdir”
- “Zirə”nin yeni transferi: “Həyati təhlükəm olduğu üçün oradan ayrıldım”
- Yüksək Liqada XI turun oyun cədvəli açıqlandı
-
11:12
AFFA millimizin məğlubiyyətlərini niyə gizlədir?
-
10:51
Azərbaycan çempionatları tarixində 9-cu
-
10:36
"Mançester Yunayted"dən növbəti qələbə VİDEO
-
10:23
“Berdıyev kimi təcrübəli baş məşqçinin bu iradı tam yerindədir”
-
10:07
Laporta yenidən “Barselona”nın prezidenti seçildi
-
09:45
"Beşiktaş" səfərdə sevindi VİDEO
-
23:49
Güləşçimiz Avropa çempionu oldu
-
22:14
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
21:37
Sxadadze: “İstefaya səsləyənlər 13-14 yaşlı uşaqlardır”
-
21:03
Yuri Vernidubdan qələbə şərhi
-
20:22
Qərb derbisində qarşılıqlı qollar VİDEO
-
19:56
"Neftçi" qalib gəldi, "Turan Tovuz" xal itirdi
-
18:41
Emreli 8 ay sonra qol vurdu
-
17:15
Azər Bağırov: “Qeyri-stabil olduğumuzu deməzdim”
-
17:08
Berdiyev: “Vacib iki xal itirdik”
-
14:59
Azərbaycan millisi FIBA Çempionlar kubokunda 2-ci oldu
-
13:34
"Bayer" - "Bavariya" oyununda 2 qol, 2 qırmızı vərəqə VİDEO
-
12:47
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
12:26
"Qalatasaray" ikinci hissədə coşdu VİDEO
-
12:10
Tiaqo Silva: “Qarabağ" qələbəyə layiq idi”
-
11:52
"Napoli"dən əzmkar qələbə VİDEO
-
11:31
Azərbaycan millisi ABŞ-a qalib gəlib finala yüksəldi
-
11:05
"Çelsi" öz meydanında "Nyukasl"a uduzdu VİDEO
-
10:48
Nəriman ehtiyatda qaldı
-
10:29
Arda fantstik qol vurdu, "Real" qalib gəldi VİDEO
-
10:14
Kökçünün komandası uduzdu
-
10:00
Kamilo Duran: “Yaxşı hazırlaşmalıyıq ki, 3 oyunda “Sabah”a qalib gələk”
-
00:37
Futbolxeber.az 14 yaşında!
-
23:38
Basketbol millimiz səfərdə Monteneqroya uduzub
-
23:21
"İstedadların seçimi" turnirinin II turunda 8 çəkidə mükafatçılar müəyyənləşib
-
22:49
"Zirə" - "Qarabağ" matçında 4 qol VİDEO
-
22:15
Rəşad Sadıqov: “O epizodlara verilən şərhlər də adamı məyus edir”
-
21:53
Qurban Qurbanov: “Daha istəkli, daha ciddi olmalıyıq”
-
21:06
"Qarabağ" "Zirə"yə qalib gəldi
-
18:27
“Araz-Naxçıvan” da Sumqayıta “köçdü”
-
17:34
Ülviyyə Fətəliyeva beynəlxalq turnirin qalibi oldu
-
17:00
Masaki Murata: “Bəlkə bu halda nəyisə dəyişə bildik”
-
16:42
Azərbaycan çempionatı başa çatıb
-
15:18
Basketbol millimiz Çempionlar Kubokunun yarımfinalında
-
14:56
Ağırlıqqaldırma üzrə ölkə çempionatında ilk qaliblər bəlli olub
-
13:21
Azərbaycan Yelkən Federasiyası Su İdmanı Növləri Federasiyasına birləşdirilib
-
12:39
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:03
Sabiq “Qarabağ”lı: “Sarpsborg 08”in futbolçusu olduğum üçün çox qürurluyam”
-
10:45
“Araz-Naxçıvan” sona qədər avrokuboklar uğrunda mübarizə aparacaq”
-
10:27
Nəriman Axundzadə yeni klubunun stadionunu ziyarət etdi
-
10:12
Renat oynadı, komandası qalib gəldi
-
09:54
"Fənərbaxça"dan gözlənilməz məğlubiyyət VİDEO
-
23:54
Ruzanna Məmmədova Avropa ikincisi oldu
-
23:47
Saşa İliç: “Qələbə qazana bilməməyimizin səbəbini bilmirəm”
-
23:36
Ayxan Abbasov: “Klub rəhbərləri yerli məşqçinin arxasında dayanmır”
16.03.2026
15.03.2026
14.03.2026
13.03.2026























