4 Noyabr 2025, Çərşənbə axşamı
Ayın qolunun qalibi mükafatlandırıldı
"3 xala çox ehtiyacımız var”
Sadıq Sadıqov vəzifəsindən getdi
Abubakar son 6 ilin ilkinə imza atdı

Ölkə futbolu

Yuri Matias: “Eyni addımı “Neftçi”nin qapıçısı atsaydı, yenə də etiraz etməzdim”

“Neftçi”nin müdafiəçisi Yuri Matiasın Futbolxeber.az saytına müsahibəsi

 

- Azərbaycan Premyer Liqasının IV turunda “Neftçi” məğlubiyyətdən çətinliklə qaçdı. “Araz-Naxçıvan”la 1:1-lik bərabərliyi necə dəyərləndirirsiniz?

- Çətin oyun oldu. Komandanın ümumi durumu ürəyimiz istədiyimiz kimi deyil. Buna baxmayaraq, komanda şəklində xarakter göstərdik. Sona kimi yaxşı mübarizə apardıq və yekunda 1 xal qazandıq.

- Bu xal “Neftçi”yə nə verəcək?

- Bu 1 xal qarşıdakı matçlarda daha da çox xallar qazanmağımız üçün kömək olacaq.

- Onda belə çıxır ki, bu xalı “Neftçi” üçün qazanc saymaq olar?

- “Neftçi” adı varsa, 1 xal itki sayılır. Bizə sadəcə bir qələbə lazımdır ki, qarşıdakı oyunlara stimul olsun.

- Hər matçdan sonra “Neftçi” gələn tur mütləq qələbə qazanacaq” fikri səslənir, amma turlar bir-birini əvəz edir, qələbə isə yoxdur. Nə çatışmır?

- Çatışmayan yalnız qələbədir. Əminəm ki, bir qələbədən sonra hər şey başqa cür olacaq.

- “Neftçi” hesabı bərabərləşdirdiyi epizod rəqibin etirazı ilə qarşılandı. Həqiqətənmi o epizodda fair-play pozulmuşdu?

- Bu barədə danışmaq istəmirəm. Bizim işimiz futbol oynamaqdır.  

- Yaxşı, onda sual belə olsun - eyni vəziyyətdə sizin qapınıza qol vurulsaydı, buna reaksiyanız necə olardı?

- İnanın ki, eyni addımı “Neftçi”nin qapıçısı atsaydı, yenə də etiraz etməzdim.

İbrahim Cəfərov








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30