Ölkə futbolu
Qurban Qurbanov: "Linkoln"un üstünlüyü odur ki..."
"Hazırlığımız pis alınmadı. Toplanışı iki hissəyə böldük, birincisi Bakıda, ikinci hissəsi Avstriyada baş tutdu. Futbolçulardan razı qaldım. Çox həvəsli idilər. Bəlkə bir oyun da əlavə keçirsəydik, daha yaxşı olardı".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün keçirdiyi brifinqdə deyib.
Təcrübəli mütəxəssis Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacaqları "Linkoln" barədə danışarkən deyib ki, indiki komanda ötən il məğlub etdikləri rəqibdən fərqlənir: "Ötən illə müqayisədə rəqibin heyətində dəyişikliklər var. Əsas heyətdə 5 yeni oyunçu çıxış edir. Oyun sistemlərini daha da yaxşılaşdırıblar. "Linkoln" bərk komandadır. Süni örtüklü meydanda oynayırlar. Bu isə bizim üçün o qədər də xoş olmayacaq. Keçən il də səfət matçında çətinliklə üzləmişdik. Kənardan sanki rəqibə rahat şəkildə qalib gələcəyimiz görünürdü. Tam əksi oldu. Çox çətinlik çəkdik. Matça ciddi yanaşmalıyıq. Rəqib bunu tələb edir".
Qurbanov qapı xətti barədə bunları söyləyib: "Şahruddin komandaya bir az gec qoşuldu, hələ tam hazır deyil. Buntiç isə yaxşı adaptasiya keçdi. Hazırlığı da pis deyil. Ümumən qapıçılardan razıyam".
"Qarabağ"ın çalışdırıcısı tansfer çalışmalarının davam etdiyini vurğulayıb: "Oyuna hazırlaşmaqla bərabər, transfer işlərimizi də davam etdiririk. Oyunçulara baxırıq, bəzilər ilə, eləcə də klubları ilə danışıqlar aparırıq. Bu, ilboyu gedən prosesdir".
O, əsasən hücum xəttini gücləndirmək istədiklərini söyləyib: "Eləcə də müdafiə xətti üçün də axtarışlarımız davam edir".
Qurbanov "Linkoln"un üstünlüyünün rəsmi oyun keçirmək olduğunu qeyd edib: "Bizdən fərqli olaraq onlar 2 rəsmi oyun keçiriblər. Bu, onlar üçün avantajdır. Amma biz də hazırıq".
"Mahir Emreli məsələsi "Qarabağ" üçün qapanıb, yoxsa hələ onun qayıtma ehtimalı var?" sualını Qurbanov belə cavablandırıb: "Qapanıb demək düzgün olmazdı. Amma danışığımız da olmayıb. Mahirin "Qarabağ"a geri qayıtması ilə bağlı danışıq aparmamışıq".
Q.Qurbanov digər avrokubok təmsilçilərimizə də uğurlar arzulayıb: "Avrokuboklarda hər bir qələbə, mərhələ adlamaq bizim üçün çox vacibdir. Xüsusilə də, bu vaxtlarda. Ölkə və klub reytinqi, təcrübə qazanmaq, azarkeşləri stadiona cəlb etmək baxımından. Hər bir komandamıza inanıram, güvənirəm. Onlara uğurlar arzulayıram. İnanıram ki, həm "Sumqayıt", həm "Sabah" öz uğurlu oyunları ilə yaxşı nəticələr əldə edəcəklər. "Zirə"nin "Şerif"lə oyununa toxunsaq, qalibiyyət onların tərəfində idi. Amma bir anda hər şey dəyişdi. Halbuki ikinci mərhələnin bir addımlığında idilər. Elə bu oyun digər klublarımıza da böyük inam verdi ki, hər bir rəqibə qarşı oynamaq olar".
O, "Neftçi"nin Roman Qriqorçuk, "Turan Tovuz"un isə Kurban Berdıyevlə anlaşmasına normal yanaşdığını bildirib: "Xoş gəliblər. Hər birinə uğurlar arzulayıram. Dəyişikliklər oldu. Həm məşqçilər, həm klublar, həm də azarkeşlər üçün faydalı olar. İşimiz çox olacaq".
Mütəxəssis Kadi Borgesin keçidinin alınmamasına da toxunub: "Krasnodar"ın mövqeyini normal qarşıladım. Baxmayaraq ki, xeyli danışıqlar getdi. Məncə, hər bir detala toxunmağa ehtiyac yoxdur. Sadəcə belə hallar olur. Qarşıda bəlkə daha da fərqli hallar olacaq. Bəzən ortaya fərqli fikirlər çıxır. Dünya futbolunda da görürsən ki, hamı bir oyunçunun bir komandaya keçidini gözləyir, amma son anda keçid baş tutmur. Düzü, heç də üzülmədim. Hər bir şeydə xeyir var".
İbrahim CƏFƏROV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Dinamo” Klublar Komitəsinə müraciət etdi: “Bu, bizim haqqımızdır” (Müsahibə)
- “Neftçi” heyətinə “Şalke”dən futbolçu cəlb etdi
- Koxalski Qubada meydana niyə çıxmayıb: zədə, yoxsa..?
- AFFA PFL-ə qarşı açıq hücuma keçib - Məqsəd qurumun ləğvidir
- “Səbail” kapitanı ilə yollarını ayırır
- İsgəndər Cavadov Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti seçildi
- Berdıyevdən mini master-klass
- "Araz-Naxçıvan" braziliyalını transfer etdi
- "Sabah"ın məşqçisinin qeyri-etik jesti qalmaqala səbəb oldu
- İcraiyyə Komitəsi vaxtında Qurban Qurbanova qulaq assaydı...
- 3x3 basketbol millimiz ilk dəfə FIBA Çempionlar Kubokunda
- “Zirə”nin yeni transferi: “Həyati təhlükəm olduğu üçün oradan ayrıldım”
- Futzal üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsi yekunlaşıb
- “Üzərində işləməli olduğumuz nüanslar kifayət qədərdir”
- Yüksək Liqada XI turun oyun cədvəli açıqlandı
-
12:04
"Roma" qələbəni əldən verdi VİDEO
-
11:48
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:30
"Milan" "Latsio"ya uduzdu VİDEO
-
11:12
AFFA millimizin məğlubiyyətlərini niyə gizlədir?
-
10:51
Azərbaycan çempionatları tarixində 9-cu
-
10:36
"Mançester Yunayted"dən növbəti qələbə VİDEO
-
10:23
“Berdıyev kimi təcrübəli baş məşqçinin bu iradı tam yerindədir”
-
10:07
Laporta yenidən “Barselona”nın prezidenti seçildi
-
09:45
"Beşiktaş" səfərdə sevindi VİDEO
-
23:49
Güləşçimiz Avropa çempionu oldu
-
22:14
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
21:37
Sxadadze: “İstefaya səsləyənlər 13-14 yaşlı uşaqlardır”
-
21:03
Yuri Vernidubdan qələbə şərhi
-
20:22
Qərb derbisində qarşılıqlı qollar VİDEO
-
19:56
"Neftçi" qalib gəldi, "Turan Tovuz" xal itirdi
-
18:41
Emreli 8 ay sonra qol vurdu
-
17:15
Azər Bağırov: “Qeyri-stabil olduğumuzu deməzdim”
-
17:08
Berdiyev: “Vacib iki xal itirdik”
-
14:59
Azərbaycan millisi FIBA Çempionlar kubokunda 2-ci oldu
-
13:34
"Bayer" - "Bavariya" oyununda 2 qol, 2 qırmızı vərəqə VİDEO
-
12:47
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
12:26
"Qalatasaray" ikinci hissədə coşdu VİDEO
-
12:10
Tiaqo Silva: “Qarabağ" qələbəyə layiq idi”
-
11:52
"Napoli"dən əzmkar qələbə VİDEO
-
11:31
Azərbaycan millisi ABŞ-a qalib gəlib finala yüksəldi
-
11:05
"Çelsi" öz meydanında "Nyukasl"a uduzdu VİDEO
-
10:48
Nəriman ehtiyatda qaldı
-
10:29
Arda fantstik qol vurdu, "Real" qalib gəldi VİDEO
-
10:14
Kökçünün komandası uduzdu
-
10:00
Kamilo Duran: “Yaxşı hazırlaşmalıyıq ki, 3 oyunda “Sabah”a qalib gələk”
-
00:37
Futbolxeber.az 14 yaşında!
-
23:38
Basketbol millimiz səfərdə Monteneqroya uduzub
-
23:21
"İstedadların seçimi" turnirinin II turunda 8 çəkidə mükafatçılar müəyyənləşib
-
22:49
"Zirə" - "Qarabağ" matçında 4 qol VİDEO
-
22:15
Rəşad Sadıqov: “O epizodlara verilən şərhlər də adamı məyus edir”
-
21:53
Qurban Qurbanov: “Daha istəkli, daha ciddi olmalıyıq”
-
21:06
"Qarabağ" "Zirə"yə qalib gəldi
-
18:27
“Araz-Naxçıvan” da Sumqayıta “köçdü”
-
17:34
Ülviyyə Fətəliyeva beynəlxalq turnirin qalibi oldu
-
17:00
Masaki Murata: “Bəlkə bu halda nəyisə dəyişə bildik”
-
16:42
Azərbaycan çempionatı başa çatıb
-
15:18
Basketbol millimiz Çempionlar Kubokunun yarımfinalında
-
14:56
Ağırlıqqaldırma üzrə ölkə çempionatında ilk qaliblər bəlli olub
-
13:21
Azərbaycan Yelkən Federasiyası Su İdmanı Növləri Federasiyasına birləşdirilib
-
12:39
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:03
Sabiq “Qarabağ”lı: “Sarpsborg 08”in futbolçusu olduğum üçün çox qürurluyam”
-
10:45
“Araz-Naxçıvan” sona qədər avrokuboklar uğrunda mübarizə aparacaq”
-
10:27
Nəriman Axundzadə yeni klubunun stadionunu ziyarət etdi
-
10:12
Renat oynadı, komandası qalib gəldi
-
09:54
"Fənərbaxça"dan gözlənilməz məğlubiyyət VİDEO
16.03.2026
15.03.2026
14.03.2026























