10 May 2024, Cümə
AFFA “sıfırlandı” - QEYD
XXXV turun hakim təyinatları
"Turan Tovuz"dan müraciət
Yassin Benzia Fransa klubuna keçir?

Ölkə futbolu

De Byazi mətbuat konfransında qəzəbləndi: “Qələbələrə sevinməyi bacarmırsınız”

Futbol üzrə milli komandamızın baş məşqçisi Canni de Byazi AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində səfərdə Estoniya üzərində 2:0 hesablı qələbədən sonra mətbuat konfransı keçirib.

Futbolxeber.az saytının Sport24.az-a istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssis əvvəlcə qələbə emosiyalarını bölüşüb.

- Yaxşı oyun göstərdik. Erkən qol vurduq. Rəqib fiziki yaxşı hazır idi. Dəyişikliklərə gəlincə, 3 oyunçumuzda sarı vərəqə var idi. Təhlükəli idi.

- Millimiz Avropa və dünya çempionatlarının seçmə mərhələsində 73 aydan sonra qələbə qazandı. Bunlardan yarıdan çoxu - 39 ayı sizin payınıza düşür. Statistika acıdı, ancaq şərhiniz maraqlıdı: bu tsikldə daha 1 qələbə qazanmaq potensialımız var?

- Ümid edirəm.

- Əvəzetmələr zamanı sanki Mahir və Rahil narazı idilər...

- Üç gündən sonra vacib oyunumuz var. 65-68 dəqiqə oynadılar. Bir daha qeyd edirəm ki, sarı vərəqələri var idi. Ola bilər qol vurmadıqları üçün narazı idilər.

- Qələbə gözəldir, amma millimiz çoxdandı belə zəif rəqiblə qarşılaşmırdı...

- (qəzəblənir) Siz sevinməyi bacarmırsınız. Sual çətin deyil, sadəcə, sual verə bilmirsiniz...




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31