11 May 2024, Şənbə
AFFA “sıfırlandı” - QEYD
XXXV turun hakim təyinatları
"Turan Tovuz"dan müraciət
Yassin Benzia Fransa klubuna keçir?

Ölkə futbolu

"Qarabağ" 10-cu dəfə Azərbaycan çempionu oldu

Azərbaycan Premyer Liqasında 34-cü turun oyunları davam edir.

Futbolxeber.az saytının məlumatına görə, günün ilk matçı Qəbələdə oynanılıb. Meydan sahibləri öz meydanında “Turan Tovuz”a uduzub.

Günün ikinci qarşılaşmasında "Qarabağ" "Səbail"in qonağı olub. Görüş Ağdam klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb. Nəticədə Qurban Qurbanovun komandası sona 2 tur qalmış xallarının sayını 87-yə yüksəldib və 2-ci yerdəki "Sabah" (33 oyun, 77 xal) üçün əlçatmaz olub. Bununla da "Qarabağ" tarixində 10-cu dəfə Azərbaycan çempionu olub.

"Qarabağ" belə nəticə ilə Azərbaycan rekordunu qırıb. İndiyədək heç bir komanda 10 dəfə ölkə çempionu ola bilməyib. “Neftçi”nin aktivində 9 çempionluq var.

Əlavə edək ki, turun digər oyunları 14 və 17 may tarixlərində keçiriləcək.

Azərbaycan Premyer Liqası

XXXIV tur

13 may (şənbə)

"Səbail" - "Qarabağ" - 0:3

Qollar: Bəhlul Mustafazadə, 71, (0:1), Ramil Şeydayev, 77-pen. (0:2), Ramil Şeydayev, 86 (0:3)

Hakimlər: Kamal Umudlu, Akif Əmirəli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov

"ASCO Arena".

"Qəbələ" - "Turan Tovuz" - 1:2

Qollar: Sadiq Quliyev, 54 (0:1), Rafael Utziq, 61 (1:1), Xulu Siyanda, 90+5 (1:2)

Qırmızı vərəqə: Urfan Abbasov, 56 ("Qəbələ")

Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Şirmamed Mamedov, Rəvan Həmzəza Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə

Qəbələ şəhər stadionu.

14 may (bazar)

20:30 "Neftçi" - "Şamaxı"

17 may (çərşənbə)

19:30. "Sumqayıt" - "Sabah"

12 may (cümə)

"Zirə" - "Kəpəz" - 1:1




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31