10 May 2024, Cümə
AFFA “sıfırlandı” - QEYD
XXXV turun hakim təyinatları
"Turan Tovuz"dan müraciət
Yassin Benzia Fransa klubuna keçir?

Ölkə futbolu

“Qarabağ” dünya reytinqində geriləyib

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
 
Futbolxeber.az-ın IFFHS-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, 300 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən yenə yalnız "Qarabağ" yer alıb.
 
“Köhlən atlar” ötən ayla müqayisədə 5 pillə geriləyib. Premyer Liqanın lideri 141 xalla 67-ci sırada qərarlaşıb.
 
Ağdamlılar Avropa təmsilçiləri arasında 46-cı, postsovet məkanında 1-cidir.
 
Türkiyə komandalarından "Fənərbağça" 179,5 xalla 28-ci, “Başakşehir” 135,5 xalla 74-cü, “Sivasspor” 106,5 xalla 122-ci, “Trabzonspor” 101 xalla 133-cü yerdə qərar tuturlarsa, “Qalatasaray” və “Beşiktaş” 78 xalla 216-cı pilləni bölüşdürürlər.
 
Reytinqdə lider dəyişikliyi olub. İspaniyanın “Real Madrid” klubu 320 xalla birinci pilləyə yüksəlib. “Flamenqo” (Braziliya – 295 xal) ikinci sıraya düşüb, “Mançester Siti” (İngiltərə - 254) isə üçüncü pillədə qalıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31