2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

4 klub cərimələndi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. 

Futbolxeber.az-ın assosiasiyanın saytına istinadən verdiyi məlumata görə, 17.09.2022-ci il tarixində Azərbaycan Premyer Liqasının VII turunun “Qəbələ” - “Sumqayıt” oyununda oyunun 83-cü dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən Baş hakim təhqir edildiyi üçün “Qəbələ” klubu 4000 manat cərimə olunub.

17.09.2022-ci il tarixində Azərbaycan Premyer Liqasının VII turunun “Səbail” - “Neftçi” oyununda oyundan sonra isti su təchizatının olmaması və hakimlər üçün isti suyun təmin olunmamasına görə “Səbail” klubu 800 manat cərimə olunub.

18.09.2022-ci il tarixində Azərbaycan Premyer Liqasının VII turunun “Kəpəz” - “Şamaxı” oyununda oyunun 34-cü dəqiqəsində “Kəpəz” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına qeyri-etik və təhqiramiz ifadələr işlədildiyi üçün “Kəpəz” klubu 4000 manat cərimə olunub.

18.09.2022-ci il tarixində Azərbaycan Premyer Liqasının VII turunun “Kəpəz” - “Şamaxı” oyununda 2-ci hissədə “Şamaxı” komandası meydana 3 dəqiqə gec daxil olduğu üçün “Şamaxı” klubu 800 manat cərimə olunub.

18.09.2022-ci il tarixində Azərbaycan Premyer Liqasının VII turunun “Kəpəz” - “Şamaxı” oyununda “Kəpəz” klubunun 8 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

18.09.2022-ci il tarixində Azərbaycan Premyer Liqasının VII turunun “Kəpəz” - “Şamaxı” oyununda “Şamaxı” klubunun 2 nömrəli futbolçusu Rauf Hüseynli oyundan sonra hakimin qərarına öz etirazını bildirməsinə görə ikinci sarı vərəqə ilə cəzalandırılaraq qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31