2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

"Məğlubiyyət bizə dərs oldu"

Slovakiya millisinin baş məşqçisi Françesko Kaltsona Azərbaycan milisinə 1:2 hesablı məğlubiyyəti şərh edib.

Futbolxeber.az saytının məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında italiyalı mütəxəssis bildirib ki, evdə məğlub olmaq böyük biabırçılıqdır: “İlk hissədə rəqibdən çəkinirdik. Qonaqlar isə əvəzində topla daha yaxşı davranırdılar".

Onun sözlərinə görə, ikinci hissədə  oyunlarını yaxşılaşdırıblar və daha  çox qol şansları olub: "Sadəcə, dəyərləndirə bilmədik. Amma ikinci hissədə göstərdiyimiz oyun gələcəyə nikbin baxmağa ümid verir. Bu məğlubiyyət bizə dərs oldu. Öyrəndik ki, oyun 95 dəqiqədən artıq davam edə bilər və sonadək diqqətli olmalıyıq. Futbolçuları yeni-yeni tanıyıram və onların hazırlığını görürəm. Oyunçular ikinci hissədə öz keyfiyyətlərini göstərə bildilər".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31