1 May 2024, Çərşənbə
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

“Olimpiakos”un baş məşqçisi: “Oyunun ilk yarısından sonra çətinliklər yaşadıq”

“Çox çətin oyun oldu. Matçın ilk yarısından sonra çətinliklər yaşadıq. Sistem dəyişikliyindən də yararlanmalı olduq. Əminik ki, cavab görüşündə əlimizdən gələni edərək, rəqibin güclü oyuna hazır olacağıq".

Futbolxeber.az saytının məlumatına görə, bunu Yunanıstan "Olimpiakos"unun baş məşqçisi Pedro Martins evdə "Neftçi"yə 1:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis bildirib ki, çətinliklərə rəğmən, meydana yeni daxil olanlar oyunun gedişinə müsbət təsir göstrəriblər.

Portuqaliyalı baş məşqçi Azərbaycanda məşq etməyəcəklərini və Bakıya hazır formada gedəcəklərini söyləyib: "Oyun stadionunda vəziyyət necə olsa da, biz ora hazır gedəcəyik".

Qeyd edək ki, cavab görüşü iyulun 28-də "Bakcell Arena"da keçiriləcək (“Report”).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31