7 May 2024, Çərşənbə axşamı
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi
"Səbail" "Qəbələ"yə məğlub oldu
Millimizin yeni rəqibi açıqlandı

Ölkə futbolu

“Olimpiakos”un kapitanı: “Neftçi” ilə görüşə tam hazırıq”

“Çox maraqlı dönəmdəyik. Hazırlıq prosesimiz yaxşı keçdi. Bizi çətin oyun gözləyir".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Olimpiakos"un kapitanı Andreas Buxalakis Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "Neftçi" ilə ilk oyunundan əvvəl keçirilən mətbuat konfransında deyib.

28 yaşlı yarımmüdafiəçi "Neftçi" haqda müsbət fikirlər səsləndirməklə yanaşı, növbəti mərhələyə hazır olmalı olduqlarını da bildirib: “Sabah əlimizdən gələni edəcəyik. Görüşə tam hazırıq. Çox sevinirik ki, matçda azarkeşlər də bizimlə birlikdə olacaq. Həyəcan içindəyik. Çox xoşbəxtik ki, görüş onların iştirakı ilə keçiriləcək. Çempionlar Liqasında növbəti mərhələyə adlamaq istəyirik. Bundan ötrü əlimizdən gələni edəcəyik. Növbəti raunda hazır olmalıyıq. “Neftçi” ilə qarşılaşmaya çox ciddi yanaşırıq. Rəqibin oyununu izləmişik. Qarşımızda güclü futbolçular var. Xüsusən də, sistemləri və ön xətt oyunçuları güclüdür”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31