Ölkə futbolu
Sxadadze ilk qələbəsini şərh etdi

“Azarkeşlər üçün maraqlı oyun oldu. Mübarizə və qollar gördük. Bu da inkişaf üçün yaxşıdır. Gənc uşaqlar bu səviyyədə sona qədər mübarizə apardılar. Futbolçularımı təbrik edirəm”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan Premyer Liqasının 33-cü turunda səfərdə "Səbail"i 3:2 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
Gürcü mütəxəssis qələbədən daha çox gənclərin adına sevindiyini bildirib: “Bu gün iki debütantımız da var idi. Sevinmək üçün xüsusi bir şey yoxdur. Biz sonuncu pillədəyik. Cavanlara görə sevinirəm ki, onlar özlərini meydanda hiss etdilər. Qələbəni də həmçinin. Ümidvaram ki, bu cür davam edəcəklər və qalan görüşlərdə özümüzü yaxşı tərəfdən göstərəcəyik. Onlar yaxşı məşq edirlər, hətta daha yaxşı oynaya bilərlər”.
O, ilk qələbəsini gec qazanmasının səbəbini belə izah edib: “Öncəki oyunlarda biz daha çox epizod yaradırdıq, nəinki bu gün. Epizodlarda soyuqqanlılıq, keyfiyyət özünü göstərməlidir. "Neftçi" qapıya bir zərbə vurdu, uddular. Biz isə 5 qol epizodunu boşa verdik. Ustalıq tək texnika deyil, psixologiya da var. Komanda çox uduzurdu deyə, inanmsızlıq yaranırdı. Komanda sonuncu pillədədir. Mental hazırlıq çatışmırdı”.
“Sizin burada olmadığınız zamanda Azərbaycan çempionatının və hakimliyin səviyyəsi dəyişibmi?” sualını Sxadadze belə cavablandırıb: “Hakimlik haqda şərh verməyəcəm. Onlara hörmətlə yanaşıram. Birinci hissədə əsəbi idim, amma üzrxahlıq etdim. Suallar hər zaman olur. Amma artıq bağlandı. "Qarabağ" tamam başqa səviyyədədir. Digərləri isə hamısı eyni gücdədir. Hamı bir-birini məğlub edə bilər. Bu da maraqlıdır. Azərbaycan çempionatında azarkeş çatışmır. Bu çempionat daha çox azarkeşə layiqdir. Azarkeşlər çempionatı dəstəkləməlidir. Çox istəyərdim ki, onlar çox gəlsin. Çempionat azarkeşsiz maraqsızdır. Daha çox gələcəklər, Premyer Liqanın səviyyəsi də artacaq”.
K.Sxadadze qeyd edib ki, bölgələrdə azarkeş problemi yoxdur: “Bakıda isə var. Azarkeşlərə hörmətlə yanaşıram. Görün nə qədər komanda avrokuboklar uğrunda mübarizə aparır. Əvvəlki illərdə "Xəzər Lənkəran", "Qəbələ", "Bakı", "İnter" kimi çox yaxşı komandalar var idi. "Neftçi" də həmişə "Neftçi"dir. Hər zaman burada liqa çətin idi, indi də. Amma əvvəlki dövrdə futbolçuların adlarına görə başqa səviyyədə idi. Çünki maliyyə məsələsi də var. Məncə, bu da qayıdacaq. Çünki çempionat inkişaf edir, bura maraq da çox olacaq. Azərbaycan gözəl ölkədir, stadionlar da gözəldir. "ASCO Arena"nın süni örtüklü meydançası da əla idi. Daha da inkişaf etmək üçün hər cür imkan var”.
Təcrübəli mütəxəssis elitadan düşməkləri rəsmiləşdikdən sonra futbolçularının daha rahat oynaması barədə fikrə birmənalı cavab verməkdə çətinlik çəkib: “Çətindir demək. Bir çox detallar bir-birinə bağlıdır. Əvvəl olmayan şeylər bu gün oldu. Əvvəlki matçlarda çox epizod yaradırdıq, vura bilmirdik. Gənc futbolçular üçün Premyer Liqada oynamaq xoşdur. Futbolçu birinci dəfə oyuna çıxırsa, onun üçün komandanın liqadan düşüb-düşməməsi önəmli deyil”.

Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”nin legioneri: “Bu, penaltidirsə, mən futbolla vidalaşaram”
- Yenə “Sabah”, yenə hakim biabırçılığı...
- VI turun hakim təyinatları açıqlandı
- AFFA-dan hakimlərə xüsusi tapşırıq - ÖZƏL
- “Sabah”ın qolunu alqışlayan AFFA-nın vitse-prezidenti... - TƏƏSSÜRAT
- Azər Bağırovdan qələbə şərhi
- Elvin Məmmədov: “Bu dəqiqə o riski edə bilmərik”
- “Qurban olum, Qurban hocaya”
- Azərbaycan millisinin qrupunda 12:0 hesabı
- Zidan hazırda ən çox bəyəndiyi 3 futbolçunun adını açıqladı
- Azərbaycan klubu ilə müqavilə imzalamağa gələn qapıçı sərhəddə saxlanıldı
- Bakı Olimpiya Stadionunun son durumu - “Qarabağ” burada necə oynasın?
- Osihmen “Neftçi”nin futbolçusunun arzusunu puç etdi
- İmad Faraj: “Hakimlər hər tur “Neftçi”ni “öldürürlər”
- Pərviz Qaraxanov: “Çempionluq yolunda qələbə bizim üçün vacib idi”
-
12:27
Sane dubl etdi, "Qalatasaray" qalib gəldi VİDEO
-
12:16
Türkiyə mətbuatı: "Abubakarı əvvəl “Beşiktaş”a aparmışdı, indi “Neftçi”yə..."
-
12:08
"İnter" Romadan qələbə ilə qayıtdı VİDEO
-
11:51
“Neftçi”nin qapıçısı məşqçisinə maşın hədiyyə etdi
-
11:39
"Bavariya" "Borussiya"nı məğlub etdi VİDEO
-
11:25
Mehdi Cənnətov: “Layiqli qələbə qazandıq”
-
11:13
"Kəpəz"in səfərdə 25-ci böyükhesablı qələbəsi
-
11:00
"Napoli" səfərdə uduzdu VİDEO
-
10:44
“Qarabağ”ın bombardirlər siyahısında 2-ci yerə yüksəldi
-
10:32
Haaland "Mançester Siti"yə qələbə qazandırdı VİDEO
-
10:16
"Qarabağ" "Simurq"un rekordunu təkrarladı
-
10:08
"Barselona" sonda sevindi VİDEO
-
09:57
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:43
"Çelsi" istəyinə ikinci hissədə çatdı VİDEO
-
02:21
"Neftçi" azarkeşləri Abubakarı belə qarşıladılar VİDEO
-
00:39
Vensan Abubakar Bakıya gəldi FOTOLENT
-
21:56
"Sumqayıt" 3 xalı 4 qolla qazandı VİDEO
-
21:42
Saşa İliç qələbəni şərh etdi
-
21:17
Azərbaycan Cüdo Federasiyasının növbədənkənar konfransı keçirilib
-
20:25
Millimizin baş məşqçisi: “Araz-Naxçıvan”a qarşı oyundan razı qaldım”
-
20:01
"Sumqayıt" darmadağınla III pillədə
-
19:34
"Qəbələ" 2 qolluq üstünlüyü əldən verdi VİDEO
-
16:53
Millimiz “Araz-Naxçıvan”a uduzdu
-
14:00
Fərid Nəbiyev: “Kəpəz”in bu qələbəyə çox ehtiyacı var idi”
-
13:48
Abubakar təyyarədən "Neftçi” azarkeşlərinə səsləndi: “Sizin üçün gəlirəm” VİDEO
-
13:39
“Kəpəz”dən şəhidlərin xatirəsinə ehtiram FOTOLENT
-
13:16
Azərbaycan klubundan yeni transfer
-
12:42
"Karvan-Yevlax" üçün yeni avtobus alındı
-
12:21
“Neftçi” Abubakarın gəlişinin anonsunu verdi
-
12:00
Xorxe Silva: “Qarabağ”a qarşı yalnız 1 hissə yaxşı oynadıq”
-
11:37
Boksçularımızın Avropa çempionatındakı ilk rəqibləri müəyyənləşib
-
11:18
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:54
Cüdoçularımız Meksikadakı Qran-prinin ilk günündə 3 medal qazanıblar
-
10:43
“Neftçi” transfer bombasını partladır: Abubakar bu gün gəlir!
-
10:29
Boksçularımız Qazaxıstanda keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər
-
10:15
"Bənzər fikirləri “Benfika” və “Kopenhagen”in məşqçiləri də demişdilər, axırı nə oldu?”
-
09:32
Renat oynamadı, komandası ağır məğlubiyyətə uğradı
-
00:01
Kamilo Duran: “Hədəfimiz Bilbaoda 3 xal qazanmaqdır”
-
22:24
"Qarabağ"dan əzmkar qələbə VİDEO
-
21:55
Kurban Berdiyev: “Qarabağ”ın haqqını vermək lazımdır”
-
21:42
Qurban Qurbanov: “İkinci hissədə daha rahat oynamağa başladıq”
-
21:18
"Neftçi" ”Araz-Naxçıvan”la oyuna belə hazırlaşır VİDEO
-
21:00
"Kəpəz" və "Qarabağ" qalib gəldi
-
18:36
"Kəpəz"in mövsümdə ilk qələbəsi VİDEO
-
17:29
Ayxan Abbasov: “Mənim olub-olmamağımın məğlubiyyətə təsiri yoxdur”
-
17:13
Azər Bağırovdan qələbə şərhi
-
16:49
“Neftçi”nin sabiq hücumçusu ilə yollar ayrıldı
-
16:31
Millimiz FİFA reytinqində irəliləyib
-
15:57
Azərbaycan paralimpiyaçıları bu il beynəlxalq yarışlarda 51 medal qazanıblar
-
15:28
PFL “Ayın qolu” layihəsinin iki qalibini birdən mükafatlandırdı
19.10.2025
18.10.2025
17.10.2025













