19 May 2024, Bazar günü
XXXV turun hakim təyinatları
“Şamaxı” zirvəyə yüksəldi
Mirzov "Neftçi"dən ayrılır?
Mövsümün ən yaxşıları müəyyənləşdi

Ölkə futbolu

İldar Alekperov: "Həlledici zərbələr çatışmırdı"

"Erkən qol buraxdıq. Nə etmək olar? Qol fantastik idi. Heç cür qarşını ala bilmədik. Sonradan üstünlüyü ələ alsaq da, rəqib qapısına yol tapa bilmədik və yekunda məğlub olduq”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi İldar Alekperov Azərbaycan Premyer Liqasının 33-cü turunda “Sabah”a 0:1 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.

O, rəqib qapısına az zərbə endirdiklərini bildirib: “Məğlubiyyətə konkret səbəb göstərməkdə çətinlik çəkirəm. Ola bilər son ötürmələri verə bilmirdik. Yaxud həlledici zərbələr çatışmırdı. Qapıya çox az zərbə endirdik”.

Qışda Naxçıvan klubuna qoşulan İldar Alekperov komandanın mövsümün ikinci yarısında zəif çıxışının səbəbi ilə bağlı fikir bildirməkdə çətinlik çəkib: “Mövsümün ilk yarısında “Araz-Naxçıvan” həqiqətən də xoş təsir bağışlayırdı. Hətta “Qarabağ”ı məğlub etmişdi. Eləcə də digər iddialıları. Lakin qış fasiləsindən sonra vəziyyət dəyişdi. Mən komandaya yanvarda qoşulduğum üçün hansı dəyişikliklər olduğunu söyləməkdə çətinlik çəkirəm. İlk dövrədə “Araz-Naxçıvan”ın üzvləri qaçan, mübarizə aparan, öz gələcəkləri üçün vuruşan gənclər idi”.

“Elmar Baxşıyevin gəlişi “Araz-Naxçıvan”da nəyi dəyişib?” sualını 23 yaşlı futbolçu belə cavablandırıb: “Hər məşqçinin futbola öz baxışı var. Elmar Baxşıyevin gəlişindən sonra komandada tələblər, taktika, eləcə də nizam-intizam dəyişib”.

İ.Alekperov növbəti turda qarşılaşacaqları “Turan Tovuz”la matçdan da söz açıb: “Biz hər oyuna qələbə üçün çıxırıq. Rəqibin kimliyi fərq etmir. Məqsəd hər matçda qalib gəlməkdir. “Turan Tovuz” iddialı rəqibdir. Lakin bu, heç nəyi dəyişmir. Qarşıdakı görüşdə də yalnız 3 xal üçün mübarizə aparacağıq. Mövsümün artıq sonudur. Əlimizdən gələni edəcəyik ki, çempionatı yüksək əhval-ruhiyyədə başa vuraq”.

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31