12 Oktyabr 2025, Bazar günü
AFFA Santuşa təzminat ödəyib
Millimiz Fransaya uduzdu
U-21-dən biabırçı məğlubiyyət
Şahmatçılarımız Ermənistana qalib gəldi

Ölkə futbolu

Şeydayevin komandası darmadağın oldu

Türkiyə birinci liqasında 33-cü turun oyunları keçirilib. 
 
Futbolxeber.az saytının məlumatına görə, millimizin hücumçusu Ramil Şeydayevin formasını geydiyi “Kocaelispor” səfərdə “Bodrumspor”un qonağı olub. 
 
Şeydayev meydana start heyətində çıxsa da, 45-ci dəqiqədə Yosip Vukoviçlə əvəzlənib. 
 
Görüş Ramilin komandasının 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. 
 
Bu yenilgidən sonra əvvəlki kimi 50 xalda qalan “Kocaelispor” turnir cədvəlində altıncı pillədə qərarlaşıb. 
 
Qeyd edək ki, son turun nəticələrindən asılı olmayaraq R.Şeydayevin komandası Superliqaya vəsiqə uğrunda keçiriləcək pley-off matçlarında mübarizə aparacaq. 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31