18 May 2024, Şənbə
XXXV turun hakim təyinatları
“Şamaxı” zirvəyə yüksəldi
Mirzov "Neftçi"dən ayrılır?
Mövsümün ən yaxşıları müəyyənləşdi

Ölkə futbolu

Rəşad Sadıqov: "Bizim oyunlarda olan hakim qərarları göz qabağındadır"

"Meydanda böyük savaş getdi. Hər iki komanda istəkli idi. İlk yarıda fərqi artıra bilərdik. İkinci hissədə rəqib təzyiqi artırdı, növbəti dəqiqələrdə isə oyunu bərabərləşdirdi. Hər iki komanda qələbə qazana bilərdi. Bərabərlik də ədalətli nəticə olardı. Futbolçularımı təbrik edirəm. Səfərdə xarakter göstərdilər. Çox vacib olan 3 xal qazandıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 33-cü turunda səfərdə "Turan Tovuz"u (2:1) məğlub etdikləri görüşdən sonra deyib.

O, matçın gedişində əvəzetmələrinin özünü doğrultmasına belə münasibət bildirib: “Mənim yerimdə kim olsaydı, Sezar Meza Kollini meydana buraxardı. Heyətdə sağlam rəqabət var. Lazım olan dəqiqədə dəyişiklik etdik. Meydana sonradan daxil olanların hamısı yaxşı performans göstərdi. Tovuzda oynamaq çətindir. Xüsusilə də, texnikalı futbol oynamaq çətindir”.

Təcrübəli mütəxəssis son 3 turda bütün keyfiyyətlərin önəmli olduğunu söyləyib: “Artıq taktikadan çox da asılı olmayan dönəmə giririk. Ümid edirəm ki, bu mərhələdən uğurlu keçərik”.

Sadıqov Rüstəm Əhmədzadənin yoxluğunun böyük itki olduğunu vurğulayıb: “İki gün əvvəl məşqdə zədəsi pisləşdi. Dəqiq durumunu hələ bilmirik”.

“Sizcə, Premyer Liqa klublarının baş məşqçiləri niyə bir-birinə atmacalar atır?” sualını “Zirə”nin çalışdırıcısı belə cavablandırıb: “Məsələnin dərinliyinə varmayacam. Hakimlikdən çox danışmaq istəmirəm. Bizim oyunlarda olan hakim qərarları göz qabağındadır. Baş məşqçilərin fikirlərini oxumamışam. Çalışıram ki, mətbuatdan uzaq olum”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31