1 May 2024, Çərşənbə
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

AFFA milli komandaların baş məşqçiləri ilə yeni müqavilə imzaladı

Azərbaycanın aşağı yaş qruplarından ibarət milli komandalarının baş məşqçilərinin başa çatmaqda olan müqavilələrinin müddəti qarşılıqlı razılıqə əsasında uzadılıb.

Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, assosiasiyanın İcraiyyə Komitəsinin bugünkü videokonfrans formatında iclasında qərar qəbul edilib.

Milan Obradoviç U-21-də, Samir Əliyev U-19-da, Elxan Abdullayev U-18-də, Miloş Velebit  U-17, Aqil Nəbiyev U-16-da işlərini davam etdirəcəklər.

Məşqçilərin yaş qruplarında fəaliyyəti pandemiya ilə əlaqədar UEFA tərəfindən müxtəlif turnirlərin ləğv olunması və ya təxirə salınması barədə qərarlara müvafiq şəkildə tənzimlənəcəyi və müqavilələrin müddəti seçmə mərhələni əhatə edəcəyi bildirilib.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31