11 May 2024, Şənbə
AFFA “sıfırlandı” - QEYD
XXXV turun hakim təyinatları
"Turan Tovuz"dan müraciət
Yassin Benzia Fransa klubuna keçir?

Ölkə futbolu

Qurban Qurbanov: “Belə problem axtarmaq lazım deyil”

"Qarabağ" Anyalya toplanışı çərçivəsində Çexiyanın "Bohemians" klubu ilə yoxlama oyununda  3:1 hesabı ilə qalib gəlib. Futbolxeber.az saytının məlumatına görə, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov görüş haqda fikirlərini bildirib.

- Əzmkar qələbəni şərh etməyinizi istərdik. Xüsusilə 0:1-dən sonrakı hissəni..

- Ümumən çox yaxşı, sakit oyun alındı. Hər iki komanda çox nizam-intizamlı oynadı. Əlbəttə, hesab belə oyunlarda bizim üçün önəmlidir. Ancaq ondan da önəmli olan detallar var idi ki, onları meydanda görmək istəyirdim. Bunu həqiqətən gördüm. Hərçənd, hesabda 0:1 uduzurduq, ancaq futbolçular yenə oyun nizam-intizamını qoruyub saxladılar. Qələbəni oyunla əldə etmək istədilər və sonda şükürlər olsun, hər şey istədiyimiz kimi alındı. Düşünürəm ki, bugünkü qarşılaşma ilk oyundan daha dinamik alındı. Bunu gözlədiyimi birinci matçdan sonra söyləmişdim. Bu görüşdə səhvlərimiz az oldu. Oyunun gedişatından razı qaldım.

- Hər 3 qolu başla vurmağınız diqqət çəkir...

- Normaldır, futbolda belə hallar olur. Qollarımızın ikisi standart vəziyyətdən vuruldu. Ümumiyyətlə, qapımız qarşısında da standart vəziyyətlərdən sonra təhlükələr oldu ki, bu da daha diqqətli olmağımızı sövq edir. Futbolçularımız bunu ikinci hissədə edə bildilər, rəqib futbolçulara daha yaxın oynadılar. Açığı, belə hallar, qolları başla vurmağımız məni sevindirdi. Çünki futbolda görürsən ki, gözəl qolların çoxu başla olur.

- "Qarabağ" Britaniya üslubuna keçir?

- Sizə elə gördünüz?

- Üç qolun hamısı başla...

- Yox, oyunun gedişatına baxaq. Qollar belə olsa da, futbolçular oyunda daha məsuliyyətli görünür.

- O da maraqlıdır ki, qollarınızın hamısını legionerlər vurdu, yerli futbolçuların yenə ayağı açılmayıb. Mahir Mədətovun bu dəfə də yüzfaizli qol imkanı olsa da, hesab 0:1 olarkən boş qapını dəqiq nişan ala bilmədi. Yerli futbolçularda problem  nədir?

- Məncə, bu gün belə problem axtarmaq lazım deyil. Yerli futbolçulardan hücum xətttində təkcə Mahir idi. Qalanları demək olar daha çox müdafiə sahəsində idi. Düşünürəm ki, onların hər biri üzərində düşən vəzifəni düzgün yerinə yetirə bildi. Mahir bu matçda qol vurmadı, inşallah, `gələn qarşılaşmada fərqlənər. Problem deyəndə ki, hücum xəttində yerli futbolçuların azlığı vardı (qol.az).       




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31