11 May 2024, Şənbə
AFFA “sıfırlandı” - QEYD
XXXV turun hakim təyinatları
"Turan Tovuz"dan müraciət
Yassin Benzia Fransa klubuna keçir?

Ölkə futbolu

“Qəbələ” 2019-cu ildə ilk transferini reallaşdırdı

Bu gün 2018-2019-cu illər mövsümünün ikinci yarısının hazırlıqlarına start verən “Qəbələ” qış fasiləsində ilk transferini gerçəkləşdirib.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qırmızı-qaralar” Azərbaycan milli komandasının üzvü Anar Nəzirovu sıralarına qatıb. Son klubu "Zirə" olan 34 yaşlı qapıçı ilə 1,5 illik müqavilə imzalanıb.

2010/11, 2012/13, 2013/14 və 2014/15 mövsümlərində də “Qəbələ”də çıxış edən Nəzirov “qırmızı-qara” formada ümumilikdə 28 oyun keçirib. Bunlardan 25-i Premyer Liqa, 3-ü Azərbaycan kubokuna təsadüf edib. Anar karyerası ərzində həmçinin “Kəpəz”, “Turan”, “Neftçi”, “Standard” və “Sumqayıt”ın da formasını geyinib. O, Premyer Liqada 219 matç keçirib.

Azərbaycan milli komandasında 2012-ci ildə debüt edən qolkiper əsas yığmada indiyədək 4 matçda meydana çıxıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31