11 May 2024, Şənbə
AFFA “sıfırlandı” - QEYD
XXXV turun hakim təyinatları
"Turan Tovuz"dan müraciət
Yassin Benzia Fransa klubuna keçir?

Ölkə futbolu

“Kəpəz”də 2 yeni baş məşqçi

“Kəpəz” PFK-nın aşağı yaş qrupları üzrə komandalarına yeni baş məşqçi təyinatları rəsmiləşib.

Futbolxeber.az saytının məlumatına görə, Səbuhi Məmmədov klubun U-10 komandasına, Elmar Əhmədov isə U-11 komandasına rəhbərlik edəcək. Onların hər ikisi Gəncə futbolunun yetirməsidir və müxtəlif vaxtlarda “sarı-göylər”in şərəfini qoruyub.

32 yaşlı Səbuhi Məmmədov “Kəpəz”lə yanaşı, “Ədliyyə”, “Qəbələ” və “ABN Bərdə”də çıxış edib. Oynadığı vaxtlarda 21 yaşlılardan ibarət Azərbaycan yığma komandasına dəvət alıb. O, məşqçilik fəaliyyəti dövründə “Şəmkir” və “Mil Muğan” klublarında işləyib.

Elmar Əhmədov isə futbolçu karyerası dövründə Gəncənin “Kəpəz” və “Tərəqqi” klublarının, həmçinin “Samux” və “Şəmkir”in formasını geyinib. Ötən mövsümdən doğma klubunda çalışan gənc mütəxəssis U-17 komandasının məşqçisi olub (klub saytı)




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31