11 May 2024, Şənbə
AFFA “sıfırlandı” - QEYD
XXXV turun hakim təyinatları
"Turan Tovuz"dan müraciət
Yassin Benzia Fransa klubuna keçir?

Ölkə futbolu

Muarem Muarem: “Qapımızda qol görəndə “İnter”lə oyunu xatırladım”

“Qarabağ”ın aparıcı üzvü Muarem Muarem “Viktoriya Plzen”lə görüşdən sonra (1:1) Futbolxeber.az saytına müsahibə verib.

- “Qarabağ” yenə Çempionlar Liqasınn pley-offundan kənarda qaldı. “Viktoriya Plzen” qol vurarkən hansı hisslər keçirdin?

- Qapımızda qol görəndə “İnter”lə oyunu xatırladım. Bu, bir qədər fərqli məyusluq idi. Çempionlar Liqasında ilk dəfə pley-offda oynayacağdıq. Digər tərəfdən də minimum Avroliqanın qrupunu təmin edirdik. Əvvəldən ÇL-i düşünürdük. Məqsədimiz bu turnirdə qrupa düşmək idi. Lakin alınmadı. “Viktoriya Plzen”ə qarşı yaxşı oynadıq. Rəqibin 1 epizodu oldu, onu da dəyərləndirdilər. Biz isə bir neçə qol şansını boşa verdik.

- Razısan ki 1:0-dan sonra ikinci qolu vurmaqla matçın taleyini daha erkən həll etmək olardı?

- Razıyam. Hesabda öndə olarkən qol braxacağımızı düşünmürdüm. Əksinə, fikirləşirdim ki ikinci qolu da vuracağıq. Ard-arda şansları boşa verdik. Futbolun qaydası var, vurmayana vurarlar.

- “Qarabağ”ın “Viktoriya Plzen”i keçə bilməməsini nə ilə əlaqələndirmək olar?

- Qaçırılan epizodalarla. Vaxtında ikinci qolu vurmaq lazım idi. Nəticəyə görə çox məyusuq. Bunu necə unuducağımızı heç bilmirəm.

- “Qarabağ” ardıcıl üçüncü mövsüm Avroliqanın qrup mərhələsində oynaya biləcək?

- Bunun üçün əlimizdən gələni edəcəyik. İndi daha yaxşı oynamalıyıq. Bütün gücümüzü meydanda qoymalıyıq. “Viktoriya Plzen”ə qarşı da tam gücümüzlə oynadıq. Meydanda mübarizə apardıq. Lakin alınmadı... Nə deyəcəyimi bilmirəm.

- Oyundan sonra paltardəyişmə otağında Qurban Qurbanov nə dedi?

- Komandamızın yaxşı oynadığını söylədi. Bildirdi ki, hər kəs bütün gücünü meydanda qoydu. Sadəcə, bəxtimiz gətirmədi.

- Zamanı geri çəkmək mümkün olsaydı, “Viktoriya Plzen”lə görüşdə nəyi dəyişmək istərdin?

- Elə həminki kimi oynardıq. Sadəcə, yaxaladağımız şanslardan yararlanmalıydıq. Başqa deyəcək bir sözüm yoxdur. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31