11 May 2024, Şənbə
AFFA “sıfırlandı” - QEYD
XXXV turun hakim təyinatları
"Turan Tovuz"dan müraciət
Yassin Benzia Fransa klubuna keçir?

Ölkə futbolu

Teo Viks: “Lill”dən qorxmuruq”

“Qəbələ”nin aparıcı Teo Viks MTK ilə görüşdən sonra Futbolxeber.az saytına müsahibə verib.

- Bu dəfə MTK üzərində 2:0 hesablı qələbə qazandınız. Qarşılaşma barədə nə söyləyə bilərsən?

- Oyun bizim üçün asan keçmədi. Kənardan belə görünməyə bilər. Lakin səfərdə qələbə qazanmağımıza baxmayarq, bu matça da ciddi yanaşırdıq. Çünki rəqib 2, 3 qol vurmaqla mərhələ adlaya bilərdi.

- Əvvəlki oyunlarla müqayisə etsək, “Qəbələ”nin çıxışını budəfəki necə dəyərləndirmək olar?

- İlk mərhələdə “Samtredia” ilə qarşılaşmışdıq. Hesab edirəm ki, bu komanda MTK-dan daha güclü idi. Macarıstan təmsilçisinə qarşı oyunlarımız bir qədər asan alındı.

- “Samtredia”nı MTK-dan üstün hesab etməyinə səbəb nədir?

- Çünki “Samtredia” daha çox baxımlı oyun göstərməyə çalışırdı. Lakin MTK yalnız uzun toplardan yararlanırdı.

- Növbəti rəqib “Lill”dir. Fransa klubu ilə görüşlərdə şansları necə dəyərləndirərdin?

- Hamı bilir ki, bizi güclü rəqib gözləyir. İşimiz çətin olacaq. Lakin futbolda hər şey mümkündür. Uğur qazanmaq üçün meydanda mübarizə aparmaq lazımdır.

- Az əvvəl komanda yoldaşın Məhəmməd Mirzəbəyovla söhbətləşdim və o, qeyd etdi ki, “Lill”dən qorxmuruq. Onların Ederi varsa, bizim də Viksimiz var”...

- Bu sözlərə görə ona təşəkkür edirəm (gülür). Ederi Portuqaliyadan tanıyıram. Onunla dost deyilik. Lakin qarşı qarşıya gəlmişik. “Lill”dən qorxmuruq. Biz nəyə qadir olduğumuzu meydanda göstərəcəyik.

- Artıq 4 oyunda 5 qol vurmusan. Avroliqada bundan sonrakı hədəfin nədir?

- Növbəti oyunlarda da qol vurmağa çalışacağam. Məqsədim komandama kömək etməkdir. Avroliqanın qrup mərhələsində yarışmaq istəyirik. Bunun üçün də sona qədər mübarizə aparacağıq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31