11 May 2024, Şənbə
AFFA “sıfırlandı” - QEYD
XXXV turun hakim təyinatları
"Turan Tovuz"dan müraciət
Yassin Benzia Fransa klubuna keçir?

Ölkə futbolu

"Hazırda tam formada olduğumu demək olmaz"

 

Qış "transfer pəncərəsi”ndə "Rəvan”ın heyətə qatdığı futbolçulardan biri də Ramil Həşimzadə idi. Futbolxeber.az xəbər verir ki, "Sumqayıt”dan transfer edilən yarımmüdafiəçi ilk vaxtlar formada olmamasına görə oynaya bilmirdi. Ancaq son 2 matçda baş məşqçi Ramil Əliyev onun xidmətindən yararlanıb. Ramil əvvəlcə ölkə kubokunun "Xəzər Lənkəran”la Lənkəranda keçirilən cavab 1/4 final matçında meydana çıxmışdı. Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində elə "Xəzər Lənkəran”a qarşı görüşdə isə o, ölkə çempionatında "Rəvan” forması ilə debüt etdi.

Məşqçilərin start heyətində yer verdiyi Həşimzadə bu haqda klubun rəsmi saytına danışıb: "Sumqayıt”dan gələndən sonra bir müddət formamı bərpa etməklə məşğul idim. Məşqlərdə üzərimdə səylə çalışırdım ki, çatışmazlıqları tez aradan götürə bilim. "Rəvan”da ilk olaraq Lənkərandakı kubok oyununda debüt etdim. Ardından isə çempionatda "siftə” elədim. Oyunumdan razıyam? Hazırda tam formada olduğumu demək olmaz. Amma məncə, pis çıxış etmədim. Ancaq daha da artırmalı olduğumu gözəl başa düşürəm. İstənilən halda, nə dərəcədə hazır olduğuma məşqçilər söyləyə bilər. Qarşıda hələ 9 oyun var. Çalışacam ki, məşqlərdə özümü yaxşı tərəfdən göstərib start heyətinin daimi üzvünə çevrilim. Yekun qərarı Ramil müəllimin verəcək. Mən öz adımdan söz verə bilərəm ki, ilk oyunlarda necə ürəklə, həvəslə oynamışamsa, elə də davam edəcəm. Çıxış etdiyim sağ cinahda böyük qrdaş saydığım Ramazan Abbasov da oynayır. Rəqabət? Məncə, rəqabət həm komandanın xeyrinə olacaq, həm də hər ikimizin "artım”ına səbəb olacaq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31