4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Basketbol

Fatih Terim: “Qrupdan çıxmaq bizim üçün vacibdir”

“Qrupdan çıxmaq bizim üçün vacibdir. Xorvatiyanın heyətində çox güclü futbolçular var. Rəqibə hörmətlə yanaşırıq”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Türkiyə millisinin baş məşqçisi Fatih Terim deyib.

Sabah AVRO-2016-da Türkiyə millisi ilk oyununda Xorvatiya ilə üz-üzə gələcək.

Bu gün oyunöncəsi mətbuat konfransı keçirən Terim, komandasının gənc üzvü Emre Mor haqda bunları söyləyib: “Gənc Emre unikal futbolçudur. Onu yığmaya çağırmaqla düzgün seçim etdiyimi düşünürəm. İnanıram ki, ondan dünyasəviyyəli futbolçu çıxacaq. Lakin hələ çox şey öyənməlidir”.

İmperator “Ay-ulduzlular”ın aparıcı üzvü Arda Turandan da söz açıb: “Biz istərdik ki, Arda klubunda daha çox oynasın. O, daim millidə forma geyib. Hətta klubunda oyun praktikası olmayanda da yığmaya dəvət alıb. Klubunda nə qədər oynamasından asılı olmayaraq, Arda bizim əsas futbolçumuzdur”.   

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31