5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Basketbol

AVRO-2016: “Onun Kriştianu Ronaldo kimi böyük futbolçu olacağına inanıram”

“Çox maraqlı oyun alındı. Azarkeşlər maraqlı qarşılaşma izlədilər. Turnirə yaxşı başlamağımızın və işləri düzgün qurmağımızın nəticəsi olaraq finala vəsiqə qazandıq". Futbolxeber.az saytına açıqlamasında bu sözləri 17 yaşadək futbolçulardan ibarət Portuqaliya yığma komandasının müdafiəçisi Dieqo Dalot deyib.

Hollandiyaya qarşı keçirilən yarımfinal oyununda komandasının ikinci qolunun müəllifi futbolçu komanda yoldaşı Joao Filipe haqda da danışıb. O, driblinqləri ilə Kriştiano Ronaldonu xatırladan futbolçunun gələcəkdə böyük oyunçu olacağına inandığını vurğulayıb: "Filipe yaxşı futbolçudur. Kriştianu Ronaldo kimi böyük futbolçu olacağına inanıram. Tək o yox, digər futbolçularımız da sözünü deyəcəklər".

Müdafiəçi oyun ərzində hücuma qoşulmamasına da aydınlıq gətirib: "Qələbə qazansaq da, rəqibə hörmətlə yanaşırıq. Bizim oyun taktikamız var. Baş məşqçi kimin necə, harda oynayacağını əvvəlcədən bildirir. Biz də meydanda ona uyğun hərəkət edirik".

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31