5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Basketbol

Belçika millisinin baş məşqçisi: “Formula-1”ə ev sahibliyi etmək Bakı üçün çox müsbət haldır”

“Oyunçularımdan razı qaldım. Düzdür, Almaniyaya uduzduq. Amma nəzərə almaq lazımdır ki, rəqib çox güclü idi. Üstəlik, komandam bu gün yorğun görünürdü”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri Belçikanın U-17 yığmasının baş məşqçisi Tyerri Siqe deyib.

Bakıda keçirilən Avropa çempionatının 1/4 final mərhələsində Almaniyaya 0:1 hesabı ilə uduzan belçikalılar turnirlə vidalaşıblar.

Siqe qeyd edib ki, komandası almanlarla görüşdə hesabı bərabərləşdirmək üçün sona qədər çalışıb: “Fasilədən sonra ardıcıl əvəzetmələr heabına oyunun gedişatını dəyişməyə çalışdıq. Son 10 dəqiqədə komandam bütün gücünü meydanda qoydu. 2 dəfə qol vurmaq üçün şansımız oldu. Amma onlardan yararlana bilmədik”.

Belçikalı mütəxəssis qrup mərhələsində qarşılaşdıqları Azərbaycan yığmasından da söz açıb: “Qrup mərhələsinin son turunda Portuqaliyanın bizə qarşı tam gücü ilə oynamadığı fikri ilə razı deyiləm. Rəqib fərqlənmək üçün çalışsa da, komandam qapısını toxunulmaz saxlamağı bacardı. Azərbaycan yığması çox maraqlı komandadır. Amma biz onlara qalib gələ bilərdik. Bunun üçün kifayət qədər şansımız oldu. Azərbaycan yığmasının son 5 dəqiqədədə 2 real qol şansı var idi. Almaniya ilə görüşü həmin matçla müqayisə edə bilmərəm”.

Belçika yığmasının çalışdırıcısı Bakı haqda da danışıb: “15 gün oteldə qaldıq. Azərbaycanı tanımaq üçün kifayət qədər vaxtımız olmadı. Amma 2 gün əvvəl şəhərdə gəzintidə olduq. Tarixi yerlərə baş çəkdik. Hiss olunur ki, paytaxtınız inkişaf edir. Çox gözəl şəhəriniz var. Bildiyimi qədər ilə gələn ay Bakıda “Formula-1” yarışı keçiriləcək. Bu, Bakı üçün çox müsbət haldır”. 

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31