5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Basketbol

Renat Dadaşov: “Almaniyada doğulduğum üçün bu ölkənin millisini seçmişəm”

“Belçika ilə oyunda qol vurduğum üçün çox şadam. Bu qol komandamız üçün mühüm əhəmiyyət kəsb edirdi. Artıq yarımfinaldayıq”. Futbolxeber.az saytına açıqlamasında bu sözləri Almaniyanın U-17 yığmasının hücumçusu Renat Dadaşov deyib.

Əslən Azərbaycandan olan gənc forvard Bakıda keçirilən Avropa çempionatında çıxış etməkdən məmnun olduğunu vurğulayıb: “Bakıda oynamaqdan məmnunam. Azərbaycan valideynlərimin vətənidir. Almaniya yığmasının heyətində forma geyirəm. Avropa çempionatının iştirakçısı olmaq gözəl hissdir. Eləcə də qardaşım Azərbaycan yığmasının üzvüdür”.

“Qardaşından fərqli olaraq, Azərbaycanın deyil, Almaniya millisini seçməyinə səbəb nədir” sualını Dadaşov belə cavablandırıb: “Qardaşım Azərbaycanda doğulub. Ona görə də o, Azərbaycanı seçib. Amma mən Almaniyada doğulmuşam, ona görə də bu ölkənin yığmasını seçmişəm”.

Qeyd edək ki, Dadaşova suallarımız daha çox olsa da, Azərbaycan millisini seçməməsi ilə bağlı suallarımızın çoxluğundan narazı qalam Almaniya Futbol Federasiyasının rəsmisi futbolçunun mix-zonada çox qalmasına imkan vermədi.

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31