4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Basketbol

Portuqaliyanın baş məşqçisi: “Şansımız gətirdi ki, erkən qollar vurduq”

“Biz bütün rəqiblərə hörmətlə yanaşırıq. Azərbaycanı güclü rəqib hesab edirdik”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Portuqaliyanın U-17 yığmasının baş məşqçisi Eliu Souza deyib.

Portuqaliya yığması Avropa çempionatının ilk oyununda Azərbaycan millisinə 5:0 hesabı ilə qalib gəlib.

Souza qələbədə vurduqları erkən qolların böyük rol oynadığını bildirib: “Oyuna çox yaxşı hazırlaşmışdıq. Şansımız gətirdi ki, erkən qollar vurduq. Bunun sayəsində rahat qələbə qazandıq. Azərbaycan millisinin oyununu analiz etmişdik. Rəqibimiz gözlədiyimiz kimi çıxış etdi”.

Portuqaliyanın baş məşqçisi heç vaxt belə atmosferdə oynamadıqlarını qeyd edib: “Belə stadionda heç vaxt oynamamışdıq. Futbolçularım üçün belə atmosferdə çıxış etmək çox xoş idi. Onlar meydanda bütün güclərini qoydular. Azərbaycan millisinin baş məşqçisinə heç bir məsləhət verə bilmərəm. Çünki bizdə futbol strukturu tam fərqlidir”. 

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31