5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Basketbol

"Meydana qələbə üçün çıxacağıq”

“Komandamız oyuna tam hazırdı. Zədəlilərimiz sıraya dönüb. Hazırda yalnız sabahkı görüşü düşünürük”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri milli komandamızın baş məşqçisi Təbriz Həsənov deyib.

U-17 yığmamız sabah Avropa çempionatının ilk turunda Portuqaliya ilə üz-üzə gələcək.

Oyunöncəsi mətbuat konfransında Həsənov azarkeşlərin dəstəyinə ehtiyac duyduqlarını bildirib: “Ümid edirəm ki, azarkeşlərin dəstəyi bizə kömək olacaq. Bu məqamızın oyunumuza müsbət təsir göstərəcyini düşünürəm”.

Millimizin çalışdırıcısı Portuqaliya haqda da fikirlərini açıqlayıb: “Portuqaliyanın 3 oyununu izləmişəm. Hər 3 oyunda portuqaliyalılar qalib gəliblər. Sürətli, texnikalı oyunçuları var. Lakin biz sabah meydana qələbə qazanmaq üçün çıxacağıq”.

Təbriz Həsənov komandasının uğur qazanmağa hazır olduğunu qeyd edib: “Məqsədimiz qrupdan çıxmaqdır. Bunun üçün hər oyunda meydana qələbə üçün çıxacağıq. Komandam buna inanır. Sabahkı qarşılaşmada oyunumuzun nə dərəcədə alınıb-alınmayacağığı görəcəyik”.

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31