7 May 2024, Çərşənbə axşamı
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Basketbol

Belçika millisinin baş məşqçisi: “Azərbaycan yığmasında güclü futbolçular var”

AVRO-2016-da Azərbaycan millisi ilə eyni qrupda yer alan Belçikanın U-17 yığmasının baş məşqçisi Terri Sikuet Futbolxeber.az saytına müsahibə verib.

- Avropa çempionatında “A” qrupunda Azərbaycan, Portuqaliya və Şotlandiya milliləri ilə eyni qrupda yer almısız. Şansları necə dəyərləndirirsiz?

- Qrupumuz çətindir. Püşkatmadan sonra da işimizin asan olmadığını demişdim. Azərbaycan millisi ev sahibdir. Portuqaliyanın güclü futbolçuları var. Şotlandiya da zəif deyil. Bu komanda Britaniyanı təmsil edir. Odur ki, bizi gərgin mübarizə gözləyir.

- Püşkatmadan sonrakı 3 həftə ərzində Azərbaycan millisi haqda hansı məlumatları əldə etmisiz?

- Azərbaycanla oyunumuz çətin olacaq. Rəqibin 2 oyununun videoyazısına baxmışam. Komandanın heyətində güclü futbolçular var.

- Çempionat öncəsi son hazırlığınız necə keçdi?

- Hazırlığımız yaxşı keçib. 1 yoxlama oyununda da qüvvəmizi sınadıq. “Gent”in U-21 komandası ilə qarşılaşmışıq və 4:0 hesabı ilə qələbə qazanmışıq. Çempionata tam hazırıq.

- Bakıya gəlməmişdən öncə komandanızın Azərbaycana salam göndərdiyi video maraqla qarşılandı. Bu ideya necə yarandı?

- Video açılış oyunu ilə bağlıdır. Qrupdakı ilk oyunda Azərbaycan Portuqaliya ilə üz-üzə gələcək. Keçən dəfə burada olanda Bakını çox bəyəndim. Deyərdim ki, Azərbaycan çox gözəl ölkədir.

- Azərbaycan - Portuqaliya oyununda sizi hansı nəticə qane edəcək?

- Həmin görüşdəki nəticənin mənim üçün fərqi yoxdur. Məni daha çox öz komandam maraqlandırır. 

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31