4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Xarici futbol

Patrik Andrade: “Zirə”yə qarşı oynamaq asan deyildi”

“Qələbə qazanmaq olduqca çətin oldu. “Zirə” kimi balanslı komandaya qarşı oynamaq asan deyildi”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade Azərbaycan Premyer Liqasının XVIII turunda “Zirə” üzərində qazandıqları 1:0 hesablı qələbəni şərh edərkən deyib.

Afrikalı futbolçu ili qələbə ilə başa vurduqları üçün sevincini gizlətməyib: “Fərqlənmək üçün çox çalışdıq. Bu nəticə ilə tətilə getdiyimiz üçün komanda olaraq sevinirik. Həm 3 xal qazanmaq, həm də ilk pillədə olmaq çox yaxşıdır”.

P.Andrade istirahət üçün vaxtlarının az olduğunu bildirib: “Öz üzərimizdə həmişə çalışırıq. Tətil müddətində də fərdi məşqlər edəcəyik. Qurban Qurbanov komandanı hazır vəziyyətə gətirmək üçün bacardığını edir. Addım-addım mövsümün ikinci yarısına, eləcə də “Braqa” ilə oyunlara hazırlaşacağıq. Qarşıda bizi sadəcə 5 günlük istirahət gözləyir. Daha sonra yenidən məşqlərə başlayacağıq”.

30 yaşlı futbolçu bir neçə gün əvvəl Xankəndində keçirdikləri tarixi matç barədə də təəssüratlarını bölüşüb: “Matç bizim üçün olduqca yaxşı keçdi. Oradakı təəssüratlarım çox mükəmməldir. Rəqibi də alqışlayıram. Kubokda bizə qarşı çox yaxşı hazırlaşmışdılar. 1 qol vura bilsək də, çox yaxşı matç alındı və növbəti mərhələyə vəsiqə qazandıq. Bu, bizi sevindirir. Amma daha önəmlisi olan Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən o torpaqlarda meydana çıxmaq idi”.

Azad NURİYEV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31