4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Xarici futbol

Azarkeşlər Mahirə görə rəhbərlikdən narazıdırlar

Xorvatiya “Dinamo”sunun azarkeşləri azərbaycanlı futbolçu Mahir Emreliyə görə klub rəhbərliyindən narazıdırlar.

Futbolxeber.az saytının Xorvatiya mətbuatına istinadən verdiyi məlumata görə, onlar yay fasiləsində heyətə cəlb olunan ön xətt oyunçularının ümidləri doğrultmadıqlarını düşünürlər.

Fanatlar xüsusən də Sergey Yakiroviçin planlarına daxil olmayan Emrelinin əvəzinə mövsümün əvvəlində daha güclü hücumçu alına biləcəyini qeyd ediblər.

Nəşr isə azərbaycanlı forvardın az oyun şansı qazanmasına baxmayaraq, meydanda olduğu müddətdə keyfiyyətli iş ortaya qoyduğunu yazıb: “O, son 9 oyuna ehtiyatdan başlayıb, bunun 3-də meydana çıxmayıb. Az oynamaq imkanı qazansa da, qollarda birbaşa iştirak edə bilir və daha effektli olur”.

Qeyd edək ki, Mahir Emreli bu mövsüm “Dinamo”nun heyətində ümumilikdə 22 oyun keçirib, 5 qol vurub, 5 məhsuldar ötürmə verib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31