4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Xarici futbol

"Sumqayıt"ın sabiq baş məşqçisinin yeni klubu məlum oldu

"Sumqayıt"ın sabiq baş məşqçisi Aleksey Baqanın yeni iş yeri müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, o, “Sokol”un baş məşqçisi təyin olunub. Bu barədə Rusiya klubunun mətbuat xidməti məlumat yayıb. 42 yaşlı məşqçi ilə müqavilə imzalandığı açıqlanıb. Aleksey Baqa bu vəzifədə Denis Boyarintsevi əvəzləyib.

"Sokol" hazırda Rusiya birinci liqasında yarışır. Komanda turnir cədvəlində 20 xalla 16-cıdır.

Qeyd edək ki, Baqa "Sumqayıt"dan başqa “Şaxtyor" (Soliqorsk), BATE, “Jalqiris” və “Aktobe”yə də baş məşqçilik edib. O, BATE, "Şaxtyor" və "Jalgirs"ə çempionluq titulu qazandırıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31