4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Xarici futbol

Afrikada 2023-cü ilin ən yaxşı futbolçusu açıqlandı

"Napoli"nin hücumçusu Viktor Osimhen 2023-cü ilin ən yaxşı afrikalı futbolçusu seçilib.

Futbolxeber.az saytının məlumatına görə, mükafatlandırma mərasimi dekabrın 11-də Mərakeşdə baş tutub. Osihmen mükafat uğrunda mübarizədə "Liverpul"un hücumçusu Məhəmməd Salah və PSJ-nin müdafiəçisi Aşraf Hakiminu qabaqlayıb.

Ən yaxşı məşqçi Mərakeş yığmasını 2023-cü ildə Qətərdə keçirilən dünya çempionatında yarımfinala çıxaran Valid Reqraqi olub. Ən yaxşı qapıçı kimi “Əl-Hilal”ın mərakeşli futbolçusu Yasin Bounu seçilib.

Qeyd edək ki, nigeriyalı hücumçu ötən mövsüm "Napoli"nin heyətində 39 oyuna çıxıb, 31 qol vurub və 5 qolun ötürməsini verib.

Xatırladaq ki, 2022-ci ildə ilin ən yaxşı oyunçusu Sadio Mane (Seneqal) seçilmişdi.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31