4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Xarici futbol

Millimizin keçmiş baş məşqçisi Livanda cəmi 2 ay duruş gətirdi

Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviç Livan yığmasında 2 aydan sonra istefaya göndərilib.
 
Futbolxeber.az saytının məlumatına görə, Livan Futbol Federasiyası xorvatiyalı mütəxəssislə yollarını ayırdığını açıqlayıb.
 
Maraqlıdır ki, qərar 2024-cü il yanvarın 12-də başlayacaq Asiya Kubokuna hazırlıq zamanı qəbul olunub. Federasiya oktyabrın əvvəlində baş məşqçi postuna təyin etdiyi 57 yaşlı məşqçinin gedişini daha güclü mütəxəssis gətirmək istəyi ilə əsaslandırıb: “Asiya Kubokunda iştirak etməmişdən əvvəl ən yaxşı məşqçi heyətinin təyinatı üçün İcraiyyə Komitəsinin üzvləri bu qərara gəliblər”.
 
Qeyd edək ki, Nikola Yurçeviç 2019-cu ildə Azərbaycan millisini çalışdırıb. Yığma onun rəhbərliyi altında keçirdiyi 10 oyunun 1-də qələbə qazanıb, 2-də heç-heçə edib, 7-də məğlub olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31