4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Xarici futbol

"Bayer Leverkuzen" yenidən zirvədə

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Bayer Leverkuzen" Almaniya Bundesliqasında 8-ci tur oyununa çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, Leverkuzen təmsilçisi səfərdə "Volfsburq"la qarşılaşıb. Matç qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Bayer Leverkuzen"in heyətində Frimponq və Qrimaldo fərqlənib.

Bu nəticədən sonra xalını 22-ə çatdıran Xabi Alonsonun baş məşqçisi olduğu komanda turnir cədvəlində yenidən liderliyə yüksəlib. "Ştutqart" 21 xalla 2-ci, "Borussiya" (Dortmund) 20 xalla 3-cüdür.

Xatırladaq ki, "Qarabağ"la "Bayer" arasında ilk oyun oktyabrın 26-da Leverkusendə, cavab görüşü noyabrın 9-da Bakıda keçiriləcək. Hər iki komanda qrupda keçirdikləri 2 oyunda qələbə qazanıblar və 6 xalla şərikli liderdirlər.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31