4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Xarici futbol

Şehiç: “Belə penalti görməmişəm”

Millimizin futbolçusu Mahir Emrelinin də çıxış etdiyi "Konyaspor"un qapıçısı İbrahim Şehiç Türkiyə Superliqasının 29-cu turunda evdə "Adana Demirspor"a 1:2 hesabı ilə uduzduqları oyunu şərh edib.

Futbolxeber.az saytının məlumatına görə, o, hakimin qapılarına təyin etdiyi penalti qərarından narazılığını ifadə edib: 

"İlk hissədə çoxlu qol şansımız oldu, ancaq onları dəyərləndirə bilmədik. Karyeramda 500-ə yaxın oyun keçirmişəm, amma belə penalti görməmişəm. Qırmızı vərəqədən sonra hakim qapımıza penalti təyin etdi. Penalti qərarından sonra VAR-a belə baxılmadı. Burada həftələrdir çalışırıq, ancaq birisi gəlib bütün işlərimizi hədər edir".

"Adana Demirspor" 56-cı dəqiqədə penaltidən fərqlənərək 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, M.Emreli "Adana Demirspor"la görüşün 40-ci dəqiqəsində hesabı açıb.  Bu, onun Türkiyə Superliqasında və "Konyaspor"da ilk qolu olub.

Xatırladaq ki, Şehiç 2013-2018-ci illərdə “Qarabağ”da oynayıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31